66 naməlum şəhidin cənazəsi İrana gətirildi
Avq 29, 2016 15:38 Asia/Baku
Müqəddəs Müdafiə dövrünə aid olan 66 naməlum şəhidin cənazəsi Ərvəndrud su yolu ilə Abadan limanına gətirilib.
İRNA-nın məlumatına görə, şəhid prezident Məhəmməd Əli Rəcayi və şəhid baş nazir Məhəmməd Cavad Bahünərin şəhadətinin ildönümü günündə İrana gətirilən bu naməlum şəhidlərin cənazələri İraqın cənubunda, Müqəddəs Müdafiə dövrünə aid əməliyyat məntəqələrində aşkar edilib.
Şəhidlərin cənazələri İrana gətirildikdən sonra, Xuzestan ostanı rəsmiləri və əhali tərəfindən geniş formada qarşılanıb.