İran və Fransa ekologiya sahəsində memorandum imzalayıblar
https://azeri.sahartv.ir/news/İran-i232079-İran_və_fransa_ekologiya_sahəsində_memorandum_imzalayıblar
İran və Fransa arasında ekologiya sahəsində əməkdaşlıq memorandumunun icra proqramı imzalanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2016 09:07 Asia/Baku
  • 
İran və Fransa ekologiya sahəsində memorandum imzalayıblar
    İran və Fransa ekologiya sahəsində memorandum imzalayıblar

İran və Fransa arasında ekologiya sahəsində əməkdaşlıq memorandumunun icra proqramı imzalanıb.

İRNA-nın məlumatına görə, bazar ertəsi günü Tehranda 5 əsas mövzu üzərində İran və Fransanın ekologiya sahəsində əməkdaşlıq memorandumunun icra proqramı İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Məsumə Ebtekar və Fransanın ekologiya naziri Sequlen Royal tərəfindən imzalanıb. 

Suya davamlı idarəçilik, hava çirkliliyinə nəzarət, toz dumanı ilə mübarizə, enerji istehlakının artmasından faydalanmağın genişləndirilməsi, bərpa oluna bilən enerjilərdən istifadə, bioloji çeşidlilik sahəsində əməkdaşlıq, sahillər və eko-sistemlərin mühafizəsi, iqlim dəyişiklikləri sahəsində elmi əməkdaşlıqların gücləndirilməsi İran və Fransanın ekologiya sahəsində memorandumunun önəmli mehvərləri elan olunub. 

Fransanın ekologiya naziri İrana iki günlük səfər və İran rəsmiləri ilə ekologiyanın müxtəlif məsələləri, ikitərəfli əməkdaşlıqlar, iqlim dəyişikliyi, ətraf mühitin qorunması üzrə danışıqlar apardıqdan və Urmiyəyə səfər edərək Urmiyə gölünün xilas olunması üzrə görülən işlərlə yaxından tanış olduqdan sonra bazar ertəsi günü Tehranı tərk edib.