Avq 30, 2016 17:36 Asia/Baku
  • Əmir Kərəmi - Mehdi Rasi
    Əmir Kərəmi - Mehdi Rasi

İRİB-in Bakıdakı ofisinin yeni direktoru Əmir Kərəminin ictimaiyyətə təqdim olunması və bu ofisin sabiq direktoru Mehdi Rasinin xudahafizləşmə tədbiri çərşənbə axşamı günü İranın Azərbaycandakı səfiri Möhsün Pakayin və İranın Bakıdakı nümayəndəliklərinin rəhbərləri və işçilərinin iştirakı ilə keçirilib.

Bu tədbirdə İran səfiri Tehran-Bakının inkişafda olan əlaqələri və media münasibətlərinin genişlənməsi üzrə əhəmiyyətinə toxunaraq iki ölkənin media əlaqələrinin gücləndirilməsi, xəbərlərin və reportajların hazırlanması istiqamətində Mehdi Rasini fəaliyyətlərini alqışlayıb. 

Pakayin həmçinin İRİB-in Bakıdakı ofisinin yeni direktoru Əmir Kərəminin idarəçilik və peşəkarlıq keçmişinə toxunaraq əlavə edib: İki ölkənin çoxlu bağları və ortaqlıqları vardır və media münasibətlərinin genişləndirilməsi iki xalqın əlaqələrinin güclənməsi üçün yaxşı arxa ola bilər. 

Bu tədbirdə İRİB-in Azərbaycandakı nümayəndəliyinin yeni direktoru Əmir Kərəmi də öz media keçmişinə toxunaraq iki dost və qardaş ölkənin media münasibətlərinin inkişafı prosesinin davam etdirilməsinə dair öz siyasətini qeyd edib. 

Əmir Kərəmi İRİB-in xəbər və təhlil idarəsinin sabiq direktoru olmuşdur və siyasət üzrə magistraturanı bitirib. O 2010-cu ildən Sərhədaşırı bölmədə xəbər və təhlil idarəsinin baş direktoru vəzifəsinə çalışıb. Kərəmi türk və kürdcə dilləri mükəmməl bilir. İstanbul türkcəsi radiosu və Səhər Telekanalının Kürdcə televiziyasının xəbərlər blokunun müdiriyyətində çalışmışdır. 

Teqlər