Qasemi: Əlcubəyrin sözləri həddən ziyadə yorucu olubdur
-
Qasemi: Əlcubəyrin sözləri həddən ziyadə yorucu olubdur
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Səud başçılarının, xüsusən səudiyyənin xarici işlər naziri Adil Əlcubəyrin İran İslam Respublikasının regiondakı müsbət və səmərəli roluna qarşı əsassız sözləri və iddiaları təəssüflə həddən ziyadə təkrar və yorucu olubdur.
IRIB-nin məlumatına görə, Bəhram Qasemi öz sosial səhifəsində yaydığı bəyanatında əlavə edib: İran İslam Respublikasının Suriyadakı məsləhətçi iştirakı və terrorçu-təkfirçi qrupların vəhşilikləri və baş alıb gedən zorakılıqlarına məruz qalan regionun bəzi islami ölkələrinin günahsız əhalisini mənəvi və siyasi cəhətdən himayəsi region və dünyanın sabitliyi və təhlükəsizliyinin qorunması çərçivəsindədir və gözlənilir ki, bütün region ölkələri müsbət münasibət, eləcə də real və səmərəli addımlarla günahsız əhalinin bundan artıq qırılmasına mane olma və dinclik və təhlükəsizliyin geri dönməsi istiqamətində səy göstərsinlər.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü sonra deyib: Bu gün hər zamandakından daha çox regionun gizli reallıqları, eləcə də səbatsızlıq və əmin-amansızlığın əsas amilləri ümumi fikir üçün aşkar olub və mövcud həqiqətlərin gizlədilməsi və günahın başqasının boynuna atılması keçmişdəki kimi oyaq və agah vicdanları aldada bilməz.
Qasemi vurğulayıb: Belə görünür ki, regionda və dünyada öz qeyr-konstruktiv və qeyri-düzgün rəftarını dəyişməli olan dövlət, səud dövlətidir və bu ölkə müdafiəsiz yəmənli qadın və uşaqlara qarşı hərbi hücumlarını kəsərək, region ölkələrində, xüsusən Suriyada terror qruplarını himayə və qeyri-prinsipial hərəkətlərdən əl çəkməlidir.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü sonra bildirib: İran İslam Respublikası üçün regionda təhlükəsizlik terrorizmin kökünün kəsilməsi, ölkələrin ərazi bütövlüklərinin qorunması, İslam dünyasının birliyi və onun müştərək düşmənlərinin hədələrinin qarşısının alınması, eləcə də sülh və sabitliyin qorunması ön planda durmalıdır.
Qasemi deyib: Yaxşı olardı ki, Ərəbistan regiondakı rəftarını yenidən nəzərdən keçirsin və zəruridir ki, təfəkkür illüziyanın yerini tutsun.
Səudiyyənin xarici işlər naziri iddia etmişdi ki, İran dünya ictimaiyyətinin üzvünə çevrilmək və bu ictimaiyyətlə yaxşı əlaqələrə malik olmaq üçün öz siyasətlərini dəyişməlidir.