İpək Yolu merlərinin iclasında 22 əməkdaşlıq sənədi imzalanıb
Qəzvində keçirilən 11-ci İpək Yolunda yerləşən ölkələrin merlərinin iclasında 22 əməkdaşlıq sənədi imzalanıb. İpək Yolu merlərinin 12-ci iclası isə Əfqanıstanın paytaxtı Kabil şəhərində keçiriləcək.
Qəzvin Dünya İpək Yolu merlərinin iclasının keçirildiyi məkandır. Bu yol 15-ci əsrə qədər 1700 il dünyanın ticarət məhsullarının ən önəmli yolu olmuşdur.
Dünya Vətəndaşlar Təşkilatının sədri Kuak deyib: Qəzvin İpək Yolunda çox önəmli qiymətli cavahirdir. Və məhsulların mübadiləsində əsaslı rolu olmuşdur.
Bu yol çoxlu razılaşmaların simvolunu özündə ehtiva etmişdir.
İranın Mədəni İrs Təşkilatının turizm məsələləri üzrə müavini Rəhmani isə bu iclasda deyib: İpək yolu 2000 ildən çox anlaşma və bu yolun müxtəlif xalqlarının əlaqəsinin tarixi və xatirəsini özündə ehtiva edir.
İpək yolunda yerləşən şəhərlərin Həmrəylik Birliyinin təşkil olunmasını Qəzvin meri bu mərasimdə bəyan etdi.
Qəzvin meri Nüsrəti bildirib: Bizim ən böyük nailiyyətimiz İpək yolunda yerləşən su və quru şəhərlərin Həmrəylik Birliyinin təşkil olunması idi.
67 ölkə və 200 şəhər İpək Yolunda yerləşir. Onlardan 47 ölkənin nümayəndəsi bu iclasda iştirak edib.
İclas iştirakçısı belə deyib: Ümidvaram bu iclasın Qəzvin şəhərinin turist şəhəri olaraq tanınması ilə nəticələnəcək.
Bu iki günlük iclasda həyat keyfiyyəti adı ilə 4 panel təşkil olunub.
İclasda iştirak edən Rusiya rəsmisi deyib: Öz panelimdə nəqliyyat məsələləri ilə əlaqədar etdiyim çıxışımda Bəndər Abbasın Moskvaya birləşdirilməsi yolu ilə əlaqədar idi.
Bu tədbirin sonunda Ümumdünya Vətəndaşlar Təşkilatının sədri Kuak İpək yolunda yerləşən şəhərlərin merlərinin 12-ci iclasının Kabildə keçiriləcəyini bildirdi.