Terrorizm problemi və regional böhran İran və Fransanın müştərək mövzusudur
-
Terrorizm problemi və regional böhran İran və Fransanın müştərək mövzusudur
İran İslam Şurasının sədri deyib ki, İran və Fransa region böhranları və terrorizm problemi sahəsində müştərək baxışa malikdirlər.
IRIB-nin məlumatına görə, İran İslam Şurasının sədri Əli Laricani bu gün Tehranda Fransa Milli Məclisinin sədri Kloud Bartelon(Claude Bartolone) ilə görüşdə iki ölkənin parlament əlaqələrinin yaxşı keçmişə malik olduğunu bildirib və qeyd edib ki, Bartelonun İrana səfəri qarşılıqlı parlament əlaqələrində diqqətəlayiq nöqtə olacaq..
Laricani söyləyib: Fransa Milli Məclisinin sədri ilə görüşdə iqtisadi əlaqələrin genişlənməsi və iki ölkə arasındakı bəzi maneələrin aradan qaldırılması haqda söhbət getdi və regional məsələlər, o sıradan İraq, Suriya, Livan və bəzi digər ölkələrin məsələləri barədə də həll yolları təqdim olunub.
Fransa Milli Məclisinin sədri Kloud Bartelon da deyib: İran və Fransa rəsmiləri arasında görüş və məşvərətlər əlaqələrin inkişafı, Vyana razılaşmasının tam icrası, bank maneələrinin aradan götürülməsi və fransız şirkətlərin İranda iştiraklarına kömək edəcək və iki ölkənin iqtisadi əlaqələrinin inkişafına gətirib çıxaracaqdır.
Bartelon deyib: Fransa İranla daha geniş parlament əlaqələrini istəyir.
Fransa Milli Məclisinin sədri qərar üzrə İranın prezidenti Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif və İranın Milli Təhlükəsizlik Ali Şurasnın katibi Əli Şəmxani ilə görüşməlidir.