Cahangiri: ABŞ-ın nüvə anlaşmasına sadiq qalmaması izlənilməlidir
https://azeri.sahartv.ir/news/İran-i234218-cahangiri_abŞ_ın_nüvə_anlaşmasına_sadiq_qalmaması_izlənilməlidir
İran İslam Respublikasının vitse-prezidenti hökumət, Xarici İşlər Nazirliyi və digər qurumlar Amerikanın nüvə anlaşmasına sadiq qalmamasının izlənilməli olduğunu qeyd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 11, 2016 08:08 Asia/Baku
  • Cahangiri: ABŞ-ın nüvə anlaşmasına sadiq qalmaması izlənilməlidir
    Cahangiri: ABŞ-ın nüvə anlaşmasına sadiq qalmaması izlənilməlidir

İran İslam Respublikasının vitse-prezidenti hökumət, Xarici İşlər Nazirliyi və digər qurumlar Amerikanın nüvə anlaşmasına sadiq qalmamasının izlənilməli olduğunu qeyd edib.

İran prezidentinin 1-ci müavini İshaq Cahangiri İRİB müxbiri ilə müsahibədə deyib: Nüvə anlaşmasına önəmli kömək bu idi ki, İranın önəmli problemlər və iqtisadi inkişaf üçün bu fürsətdən istifadə etməsinə şərait yaratsın. Hazırda bu fürsətdən istifadə olunmaqdadır. 

Cahangiri nüvə anlaşmasının icrasına nəzarət heyətinin 6-cı iclası barədə eyib: Prezident, İslam Şurası Məclisinin sədri bu heyətdə üzvdür və Amerikanın nüvə anlaşmasına sadiq qalmaması barəsində məlumat olarsa, orada irəli sürülür və onun barəsində qərar verilir. 

Bundan öncə nüvə anlaşmasının icrasına nəzarət heyətinin üzvü Əli Əkbər Vilayəti 6-cı iclasın keçirilməsi barəsində deyib: Amerikanın nüvə anlaşmasının icrasına sadiq qalmaması nəzarət heyətinin iclasının mehvərlərindəndir.