Sen 24, 2016 11:33 Asia/Baku
  • İslam dünyası birlik, həmkarlıq və anlaşmaya ehtiyaclıdır
    İslam dünyası birlik, həmkarlıq və anlaşmaya ehtiyaclıdır

İranın Ankaradakı səfiri deyib ki, İslam dünyası birlik, həmkarlıq və anlaşmaya ehtiyaclıdır.

IRNA-nın məlumatına görə, İranın Ankaradakı səfiri Məhəmməd İbrahim Taheriyan Fərd dünən Türkiyənin Dəyanət Təşkilatının sədri Məhəmməd Görməz ilə görüşdə Türkiyədə uğursuz çevrilişdən sonra müntəzəm diplomatik gediş-gəlişlər və iki ölkə prezidentlərinin son görüşlərini xatırladaraq, vurğulayıb ki, İran İslam Respublikası çevrilişin başlandığı ilk dəqiqələrdən açıq və şəffaf şəkildə keçmişdəki kimi Türkiyənin dövləti və xalıqnın kənarında durdu.

Türkiyənin Dəyanət Təşkilatının sədri Məhəmməd Görməz də ümidvarlıq edib ki, iki ölkə əlaqələri siyasi, mədəni və iqtisadi sahələrdə daha da genişlənəcək.

Bu məlumata görə, İran səfiri və Türkiyənin Dəyanət Təşkilatının sədri bu görüşdə razılığa gəliblər ki, dini şura çərçivəsində iki və çoxtərəfli həmkarlıqlar və əlaqələrin genişlənməsi məqsədilə iki ölkənin dini, mənəvi və mədəni bölmələrdəki koordinasiya və əməkdaşlıqları yüksəldilsin.

Teqlər