Ali Baş Komandan: Silahlı Qüvvələr həmişə hazır olmalıdırlar
İran islam Respublikasının Ali Baş Komandanı Silahlı Qüvvələrin inanc, elmi və inzibati hazırlığını və Müqəddəs Müdafiə təcrübələrinin gənc qüvvələrə nəql olunmasının vacibliyini vurğulayıblar.
Ali Baş Komandan Həzrət Ayətullahülüzma Xamenei bu gün Şəhid Səttari adına Aeronavtika Universitetində İran ordusunun zabitlik üzrə məzunlarının təhsili başa vurması, vəzifələrə təyin olunması və rütbələrin verilməsi üzrə keçirilən tədbirdə bildiriblər: İslam Respublikasının Silahlı Qüvvələri həmişə hazır olmalıdırlar ki, ehtiyac duyulduğu zaman öz rolunu yaxşı şəkildə yerinə yetirə bilsin.
Hazırda İran xalqının islam, müstəqillik və öz ali dəyərlərinə israrlı olduğuna görə, düşmənlərin böyük cəbhəsi ilə üzləşdiyinə toxunan İnqilab Rəhbəri bildiriblər: Müqəddəs Müdafiə dövrü çətin sınaq idi. Həmin dövrdə İran İslam Respublikası ordusunun özəyi aşkar olundu və bu qüvvələrin səyi nəticəsində parlaq işlər görüldü.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: 8 illik elan olunmamış müharibə əslində bir beynəlxalq müharibə, böyük qüdrətlərin onların dünya və regional asılılarının İslam quruluşuna, İran xalqının inqilabına, sərhədlərinə, mentalitetinə və dəyərlərinə hərtərəfli hücumu idi.
Həzrət Ayətullahülüzma Xamenei İran Silahlı Qüvvələrinin Universitetlərində zəruri addımlardan birini Müqəddəs Müdafiə dövrü ilə tanışlıq və onun şəraitinin gənc qüvvələrə bəyan olunması adlandırıb və bildiriblər: Hazırda bütün dünya, istər dost, istərsə də düşmən, İran xalqı və İslam quruluşunun əzəməti, ayıq-sayıqlığı, şücaəti və iqtidarını etiraf edir.
Ali Baş Komandan həmçinin İran İslam Respublikası ordusunun komandirləri və zabitlərinin rəşadəti, şücaəti və fədakarlıqlarını alqışlayıblar.
Həzrət Ayətullahülüzma Xamenei həmçinin xüsusi qüvvələrin qarşısından keçiblər.