İslam İnqilabının Keşikçilər Korpusu Ərəbistana xəbərdarlıq etdi
-
İslam İnqilabının Keşikçilər Korpusu Ərəbistana xəbərdarlıq etdi
İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Dəniz Qoşunları Ərəbistanın Fars körfəzində elan etdiyi hərbi təlimlərində iştirak edən gəmilərə xəbərdarlıq edib ki, İran ərazisi sularına yaxınlaşmasınlar.
İRİB-in məlumatına görə, İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın dəniz qoşunları çərşənbə günü Ərəbistan ordusunun hərbi təlimlərinə reaksiyada bildirib: Bu hərbi təlimlər Fars körfəzində davamlı təhlükəsizliyi azaltmaq və gərginliyi artırmaq üçün müəyyən meyardır.
Sepahın bəyanatında bildirilir: Ərəbistanın elan etdiyi hərbi təlimlərdə iştirak edən heç bir hərbi gəminin İran İslam Respublikası sularından keçmək icazəsi yoxdur və pozuntu halı aşkarlandığı halda bu məsələnin nigaranedici nəticələri olacaqdır.
Bu bəyanatda həmçinin bildirib: İslam İnqilabı Keşikçilər Korpusu Sepah və İran İslam Respublikası ordusunun dəniz qoşunları Fars körfəzi və Hörmüz boğazının davamlı təhlükəsizliyini təmin etmək üçün tam hazır vəziyyətdədir və Fars körfəzi, Hörmüz boğazı və Oman dənizində təhlükəsizliyə qarşı istənilən hərəkətə dərhal və mütənasib şəkildə reaksiya veriləcək.