Okt 06, 2016 10:32 Asia/Baku
  • İran və Vyetnam 2 əməkdaşlıq sənədi imzalayıblar
    İran və Vyetnam 2 əməkdaşlıq sənədi imzalayıblar

İran İslam Respublikası və Vyetnam iki ölkə əlaqələrinin yaxşılaşdırılması üzrə 2 əməkdaşlıq sənədi imzalayıblar.

Bu sənədlər cümə axşamı səhər İran və Vyetnamın yüksək səviyyəli heyətlərinin iki ölkə prezidentləri Həsən Ruhani və Tran Dai Quangın başçılığı ilə keçirilən iclasında imzalanıb. 

İlk sənəd İran və Vyetnam arasında xidmət və ya özəl passportlara malik olanlar üçün viza rejiminin ləğv edilməsi barədə olub. Bu sənəd iki ölkənin xarici işlər nazirləri arasında imzalanıb. 

İkinci sənəd isə İran və Vyetnamın rabitə və informasiya texnologiyaları nazirlikləri arasında imzalanıb. Bu sənəd rabitə və informasiya texnologiyaları üzrə əməkdaşlıqları əhatə edir. 

Teqlər