Sentyabr ayında İranın xam neft istehsalı artıb
Okt 15, 2016 18:59 Asia/Baku
OPEK-in neft bazarından aylıq hesabatı göstərir ki, 2016-cı il sentyabr ayında İranın xam neft istehsalı 3 milyon 665 min barrelə çatıb.
Neft və Enerji üzrə İnformasiya Mərkəzi(ŞANA) bildirib ki, neft ixrac edən ölkələr təşkilatı OPEK oktyabr ayı üçün öz hesabatında bildirib ki İranın sentyabr ayında xam neft istehsalı öncəki ayla müqayisədə 21 min 400 barrel artıb və 3 milyon 665 min barrelə çatıb.
İranın neft istehsalı avqus ayı üçün 3 milyon 643 min barrel olmuşdur.
OPEK-in neft bazarı barədə aylıq hesabatında İranın Neft Nazirliyinin sentyabr ayı üçün neft istehsalı barədə OPEK-in ofisinə göndərdiyi statistika öz əksini tapmayıb.