İranın neft istehsalının həcmi sanksiyalardan öncəki miqdara yaxınlaşıb
https://azeri.sahartv.ir/news/İran-i240320-İranın_neft_istehsalının_həcmi_sanksiyalardan_öncəki_miqdara_yaxınlaşıb
İran İslam Respublikasının neft naziri deyib: BƏRCAM-ın icrası ilə İranın neft istehsalının həcmi sanksiyalardan öncəki miqdara yəni gündəlik 4 milyon 200 min barrelə yaxınlaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2016 17:32 Asia/Baku
  • Bijən Namdar Zəngənə
    Bijən Namdar Zəngənə

İran İslam Respublikasının neft naziri deyib: BƏRCAM-ın icrası ilə İranın neft istehsalının həcmi sanksiyalardan öncəki miqdara yəni gündəlik 4 milyon 200 min barrelə yaxınlaşıb.

 

İRNA-nın verdiyi məlumata görə, Bijən Namdar Zəngənə bu gün Tehranda müxbirlərə verdiyi açıqlamada deyib: İranın neft istehsalının həcmi gündəlik 4 milyon barrelə çatıb, bu isə sanksiyalardan öncəki dövrə yaxınlaşması deməkdir. 

İranın neft naziri həmçinin yeni neft müqavilələrinin icrası qarşısında duran maneələrdən də danışıb: Yeni müqavilələr qarşısında bank problemləri yoxdur, bütün səylər bu sahədə hər hansı ehtimal olunan maneələrin aradan qaldırılmasına yönələcək.