Okt 21, 2016 15:50 Asia/Baku
  • Höccətülislam Kazım Sədiqi
    Höccətülislam Kazım Sədiqi

Höccətülislam Kazım Sədiqi Ali-Səudu zəmanənin Bəni Üməyyəsi adlandırdı.

Tehranın müvəqqəti imam cüməsi höccətülislam Kazım Sədiqi bu gün Tehranda ibadi-siyasi cümə namazı xütbələrində Bəni Üməyyənin ən böyük cinayətini 6 aylıq bir uşağın boğazını ox ilə hədəfə alması adlandırıb və bunun heç bir əqli, ictimai, hərbi və ya ənənəvi qaydaya sığmadığını deyərək, əlavə edib: Bu gün də Ali-Səud zəmanənin Hərmələsi, Bəni Üməyyəsi, Ali-Hərbi və Ali-Süfyanıdır. Və Yəməndə uşaqları öldürür. Zəmanəmizin Əbu Cəhli isə böyük şeytan olan hiyləgər və zalım Amerikadır. Buna görə də uşaq qatili olan Ərəbistan və İsrail bu böyük şeytanın təcəllisi sayılır.

Tehranın müvəqqəti imam cüməsi İslam İnqilabını İmam Hüseyn(ə) Kərbəlasının davamı adlandırıb və deyib: Bu gün Aşura bayrağı onun həqiqi sahibini gözləyən Vəli Fəqihimizin əlindədir.

Tehranın müvəqqəti imam cüməsi Ali-Səudun Sənada 140 nəfəri öldürməsi və yüzlərlə nəfəri yaralamasına işarə edib və deyib: Bu qorxunc cinayət insan haqları iddiaçılarının gözləri önündə baş verdi və BMT-nin rüsvayçı və ləyaqətsiz baş katibi Ali-Səudun cinayətlərinə göz yumdu. Çünki, Ərəbistanı uşaq qatili elan etdiyi zaman rüşvət alaraq, öz sözündən döndü. Biz onlara ümid bəsləməməliyik. Biz inkişaf və müstəqillik yolunu davam etdirməliyik.

Teqlər