İran 8 medalla dünya çempionu oldu
https://azeri.sahartv.ir/news/İran-i242120-İran_8_medalla_dünya_çempionu_oldu
İranın tələbələrdən ibarət sərbəst güləş yığması Türkiyədə keçirilən Tələbələrin Dünya Çempionatında 8 qızıl medalla çempion olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 27, 2016 07:35 Asia/Baku
  • İran dünya çempionu oldu
    İran dünya çempionu oldu

İranın tələbələrdən ibarət sərbəst güləş yığması Türkiyədə keçirilən Tələbələrin Dünya Çempionatında 8 qızıl medalla çempion olub.

İRNA-nın verdiyi məlumata görə, İranın sərbəst güləş üzrə yığması dünən Türkiyədə keçirilən 12-ci Tələbələrin Dünya Çempionatının ikinci günündə 2 qızıl və 2 bürünc medalla yarışların çempion adını qazanmışdır.

Çempionatda İran 5 qızıl və 3 bürünclə, toplanda 5 medalla dünya birinciliyinə yiyələnib, ikinci və üçüncü yerləri isə Rusiya və Türkiyə bölüşüblər.

İranın yunan-roma güləşi üzrə yığma komandası da dünən Türkiyəyə daxil olub. Yunan-roma güləşi üzrə yarışlara isə şənbə günü oktyabrın 29-da start veriləcək.