Qasimi: Ərəbistan cinayət törədir və mükafatlandırılır
https://azeri.sahartv.ir/news/İran-i242795-qasimi_Ərəbistan_cinayət_törədir_və_mükafatlandırılır
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Səudiyyə Ərəbistanı rejimi Yəməndə törətdiyi qorxunc cinayətlərin mükafatını İnsan Haqları Şurasına üzv edilməklə alır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 31, 2016 07:23 Asia/Baku
  • Bəhram Qasimi
    Bəhram Qasimi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Səudiyyə Ərəbistanı rejimi Yəməndə törətdiyi qorxunc cinayətlərin mükafatını İnsan Haqları Şurasına üzv edilməklə alır.

İRİB-nin verdiyi məlumata görə, İİR XİN-in media və ictimai əlaqələr idarəsinin rəhbəri ABŞ-ın yüksək rütbəli hərbçisi dəniz admiralı Kevin Doneganın İran tərəfindən Yəmənə silah və raketin göndərilməsinə dair iddiasına toxunaraq deyib: Bu kimi əsassız iddialar elə bir şəraitdə səsləndirilir ki, çoxlu tənqidlərə, bəşər ictimaiyyətinin və qeyri-hökumət təşkilatlarının oyaq vicdanlarının etirazlarına rəğmən hələ də silah istehsalçıları, militaristlər, ölüm alverçiləri tərəfindən Səudiyyə Ərəbistanına silah satışı davam etməkdədir. 

Qasimi deyib: Hər gün saysız-hesabsız Amerika silahları, bomba və raketləri Səudiyyə koalisiyası vasitəsi ilə Yəmənin məktəblər, xəstəxanalar və yaşayış binalarına, məzlum, müdafiəsiz və günahsız xalqının başına yağdırılır, buna hərbi cinayətdən başqa bir ad vermək olmaz. 

İİR XİN sözçüsü son günlərdə dünya xalqlarının Səudiyyə Ərəbistanının Yəmən xalqına qarşı vəhşicəsinə hücumlarının daha da şiddətlənməsinin şahidi olduğunu diqqətə çəkərək deyib: Ər-Riyad bəzi super güclərin dəstəyi ilə özünün qorxunc cinayətlərini davam etdirir və daha təəssüfləndirici hal bundan ibarətdir ki, törətdiyi qırğınlarının mükafatını BMT-nin İnsan Haqları Şurasına üzvlüyünə dəstəklə alır. Bu faciə və acı tragediya qara ləkə olaraq bəşər tarixindən heç vaxt silinməyəcəkdir.