Ruhani: 13 aban xarici istismar ilə mübarizə simvoludur
-
İran İslam Respublikası prezidenti Həsən Ruhani
İran İslam Respublikası prezidenti 13 abanı xarici istismar ilə mübarizə simvolu adlandırıb.
İİR prezidenti Həsən Ruhani dünən mədəni inqilab ali şurasının iclasında etdiyi çıxışında İmam Xomeyni(r.ə) və ruhaniyyətin müstəmləkəçilik ilə mübarizə hərəkatının dini seminariyanın iftixarlarından biri olduğunu bildirərək deyib: İmam Xomeyninin(r.ə) kapitolasiya qanununa qarşı çıxdığına görə sürgün edildiyi gün olan 13 aban daxili istibdadla mübarizə ilə yanaşı xarici müstəmləkəçiliklə mübarizə simvoludur.
Ruhani deyib:Xalq, tələbələr və məktəblilərin İmam Xomeyninin(r.ə) başlatdığı hərəkata qoşulmaları, xalqın dünyanın zalım qüvvələri və daxili diktaturaya reaksiyası idi və beləliklə 13 aban müstəmləkəçilik nişanələrinə qarşı milli-ictimai hərəkata çevrildi.
37 il öncə (1979-cu ilin noyabr ayında) iranlı universitet tələbələri ABŞ-ın islam inqilabına qarşı təkrar məkirli planlarına etiraz əlaməti olaraq Amerikanın Tehrandakı casusluq yuvasına çevrilmiş səfirliyiniələ keçirdilər.