Ruhani İran-İraq dəmiryolunun birləşməsinə ümidvar olduğunu dedi
-
Ruhani İran-İraq dəmiryolunun birləşməsinə ümidvar olduğunu dedi
İran İslam Respublikası prezidenti ümidvarlıq edib ki, tezliklə İranın dəmiryolu İraqın dəmiryoluna birləşəcək. Belə ki, müqəddəs məkanların, o cümlədən Kərbəla Müəllanın ziyarəti üçün İmam Hüseyn (ə) aşiqlərinin yolu asanlaşacaq.
İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü Kərəc əhalisi qarşısında əlavə edib: Hamımız əl-ələ verməliyik və İranın abadlığı üçün çalışmalıyıq.
Əba Əbdillahil-Hüseynə (ə) aşiq milyonlarla insanın iştirakını alqışlayan prezident tezliklə İranın dəmiryolunun İraqın dəmiryoluna birləşəcəyinə ümidvar olduğunu deyib.
Prezident bildirib: Biz bir ölkə və xalq deyilik ki, əgər burda və ya orda prezident dəyişilərsə, böyük xalqımızın iradəsinə təsir göstərsin.
Cənab Ruhani əlavə edib: Dünya bir fərd və ya bir partiyanın iradəsi altında deyil. Əksinə dünyanın çoxlu məsələləri, problemləri və realığı vardır və dünyanın reallığı dünya radikallarına bütün təzyiqləri göstərəcəkdir.