İran BMT-nin terrorizmə qarşı susqunluğunu qınayıb
-
İran BMT-nin terrorizmə qarşı susqunluğunu qınayıb
İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsinin müavini BMT-nin terrorçu hərəkətlərə qarşı susqunluğunu qınayaraq Təhlükəsizlik Şurasından terrorizmə qarşı üzərinə düşən öhdəliklərini qətiyyətlə yerinə yetirməsini istəyib.
İİR-in BMT-dəki nümayəndəsinin müavini Qulamhüseyn Dehqani BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının dövri sədrinə ünvanladığı məktubda İŞİD-in cümə axşamı günü İraqın Hillə şəhərində bir qrup iranlı zəvvarın şəhadəti ilə nəticələnən terrorçu hücumuna toxunaraq bildirib ki, İŞİD-in bu hücumu terrorçuların iranlı zəvvarlara qarşı ilk cinayəti deyildi və bu zəvvarlar dəfələrlə bu kimi terrorçu hücumların hədəfinə çevrilmişlər.
Dehqani İranın terrorçular o cümlədən də terrorçu İŞİD qrupu ilə qarşılaşmaq istiqamətində regionda həyata keçirdiyi təşəbbüslər və səylərinə toxunaraq deyib: Terrorçu hücumlar və oxşar əməliyyatlar Suriya , İraq və dünyanın başqa yerlərində minlərlə günahsız insanın canını alır, bu isə beynəlxalq ictimaiyyətin terrorçuların məhv edilməsi istiqamətində təsirli təşəbbüslər həyata keçirilməkdəki məsuliyyətini tələb edir.
Dehqani BMT-ni İŞİD-in terrorçu hərəkətləri qarşısındakı susqunluğuna görə tənqid edərək deyib: Təkfirçilərin cinayətlərinin geniş miqyas alması bəzi ölkələrin bu qrupa dəstəyinə son qoyulmasının, onların da terrorizm və ifratçılıqla mübarizə cərgəsinə qoşulmalarının vacibliyini xatırladır