Noy 28, 2016 10:20 Asia/Baku
  • islam peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s) və imamı Həzrət İmam Həsən Muctabanın (ə) şəhadətinin ildönümü
    islam peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s) və imamı Həzrət İmam Həsən Muctabanın (ə) şəhadətinin ildönümü

İslami İran əziz islam peyğəmbəri Həzrət Məhəmmədin vəfatı (s.ə.s) və dünya şiələrinin ikinci imamı Həzrət İmam Həsən Muctabanın (ə) şəhadətinin ildönümü gecəsində qəm və matəm içində idi.

İslami İranda Əhli-Beyt (ə) aşiqləri və vurğunları əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) rihləti gecəsi və Həzrət İmam Həsən Muctabanın (ə) şəhadətinin ildönümü gecəsində məscidlər, təkyələr və müqəddəs məkanlarda olaraq peyğəmbərlərin sonuncusu və onun əziz nəvəsinin matəmində əzadarlıq ediblər. 

Bu gün 28 səfər əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) vəfatı və dünya şiələrinin ikinci imamı Həzrət İmam Həsən Muctabanın (ə) şəhadətinin ildönümü günüdür. 

İmam Rzanın (ə) ziyarətgahı peyğəmbər ailəsinin vurğunlarının saysız toplaşdığı məkandır. Vurğunlar bu iki müsibətə görə əzadarlıq ediblər. 

Piyada olaraq özlərini bu müqəddəs məkana yetirən zəvvarlar və İranın və dünyanın müxtəlif yerlərində əzadar heyətlərin hamısı Ya Məhəmməd fəryad edirlər. 

Səhər Beynəlxalq Televiziyası əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) vəfatı və həzrət Həsən Muctabanın (ə) şəhadətinin ildönümü ilə bağlı bütün müsəlmanlara və dünya azadələrinə başsağlığı verir. 

Teqlər