Noy 28, 2016 20:26 Asia/Baku
  • İran xarici işlər naziri Məhəmməd Cavad Zərif
    İran xarici işlər naziri Məhəmməd Cavad Zərif

İran İslam Respublikası xarici işlər naziri deyib: Kubanın mərhum lideri inkişafda olan ölkələrin həmrəyliyini vurğulayırdı.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranda Kuba səfirinin iqamətgahında bu ölkə inqilabının lideri Fidel Kastronun vəfatı ilə əlaqədar keçirilən tədbirdə iştirak etdikdən sonra jurnalistlərə verdiyi açıqlamada Kastro ilə Havanadakı son görüşünə toxunub və əlavə edib: Kuba inqilabının rəhbəri həmişə Kuba və inkişafda olan ölkələr üçün nigaran idi.

İran xarici işlər naziri deyib: Fidel Kastro imperializmlə mübarizə üçün inkişafda olan ölkələrin həmrəyliyi və müstəmləkəçilərdən xilas olmaq üçün çalışmağı vacib sayırdı.

Zərif Kastronun vəfatını əsasən Latın Amerikasında azadlıqsevər hərəkatlar üçün faciə adlandırıb və Kuba xalqının bu müsibətə dözə biləcəyinə ümid edib.

İran xarici işlər naziri İran və Kuba arasında səmimi əlaqələrə toxunub: İki ölkə ikitərəfli, regional və beynəlxalq sahələrdə əməkdaşlıqlarını davam etdirəcəklər.

Kubanın Tehrandakı səfiri Vladimir Andre Qonzales Kesada da jurnalistlərə deyib: Kuba və İran İslam Respublkasının əlaqələrin hərtərəfli genişləndirilməsi üzrə iradəsi güclüdür.

Teqlər