İran parlamenti üzvlərinin ABŞ-ın birtərəfli sanksiyalarının uzadılmasına reaksiyaları
İran İslam Şurası Məclisinin üzvləri ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarının uzadılmasına ciddi reaksiya və cavabın verilməsini vurğulayıblar.
ABŞ senatı və konqresin nümayəndələr palatasının hərəkətinə və İrana qarşı sanksiyaların on il müddətinə uzadılmasına reaksiyada İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Seyid Hüseyn Nəqvi Hüseyni deyib ki, Amerika senatınn İrana qarşı sanksiyaların uzadılmasına dair qərarı qəti şəkildə nüvə anlaşmasının aşkar şəkildə pozulmasıdır.
Nəqvi Hüseyni əlavə edib: İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası nüvə müzakirə heyətinin iştirakı ilə keçiriləcək fövqəladə bir iclasda İrana qarşı sanksiyaların 10 il müddətinə uzadılması və nüvə anlaşmasının pozulmasını araşdıracaq.
İran İslam Şurası Məclisinin rəyasət heyətinin üzvü Qolamreza Kateb də İrana qarşı zalımcasına sanksiyaların uzadılmasını nüvə anlaşmasının aşkar şəkildə pozulması adlandırıb və deyib ki, İran İslam Şurası Məclisi amerikalıların əhdə vəfasız olmalarına möhkəm cavab verəcək.
Tehranın İran İslam Şurası Məclisindəki nümayəndəsi Mohəmməd Reza Aref Amerika dövlətinin senatın qərarını veto etməkdən savayı yolunun olmadığını vurğulayaraq, deyib: Amerika senatının addımı beynəlxalq arenada bu ölkəyə inamı təsir altına alacaq və Amerika üçün bir çox nəticələrə gətirib çıxaracaqdır.
İran parlamentinin digər üzvü Mohəmməd Reza Tabeş isə deyib: İran məclisinin Amerikanın münaqişə mahiyyətli hərəkətlərinə cavab addımı "amerikan istehlak mallarının satın alınmasının qadağan olunması" kimi qətnamə layihəsi ilə hazırlanıbdır.
İran parlamentinin üzvü Soheyla Celodarzadeh də deyib: Amerika nüvə anlaşmasının pozulmasının nəticələrini gözləsin. O, vurğulayıb: İran İslam Şurası Məclisi Amerika senatınn son qərarına ciddi reaksiya verəcək.
ABŞ senatı cümə axşamı günü İrana qarşı sanksiyaların on il müddətinə uzadılması layihəsini 99 lehinə səslə və əleyhinə səs olmadan qəbul edib.
Bundan öncə ABŞ konqresi də hər iki respublikaçı və demokrat partiyasının dəstəyilə İrana qarşı sanksiyaların on il müddətinə uzadılması layihəsini qəbul etmişdi.