Salehi: İranın nüvə anlaşmasının pozulmasına reaksiyası qətiyyətli olacaq
İranın Atom Enerjisi Təşkilatının sədri vurğulayıb ki, nüvə anlaşmasının digər tərəflər vasitəsilə pozulacağı halda, İranın reaksiyası qətiyyətli və şiddətli olacaq.
Fars xəbər agentliyinin məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi dünən Vyanada keçirilən beynəlxalq konfransda nüvə anlaşmasına sədaqətin digər tərəflərin qarşılıqlı addımları və öhdəliklərinə əməl etmələrindən asılı olduğunu bildirərək, deyib: İran İslam Respublikası indiyədək nüvə anlaşması çərçivəsindəki öhdəliklərinə əməl edib və öhdəliklərin pozulmasının başlayıcısı olmayacaq.
Əli Əkbər Salehi həmçinin İranın nüvə silahlarına malik olmayan bir dünyanın sərt tərəfdarlarından olduğunu bildirərək, bu çərçivədə nüvə silahlarına malik olmayan Yaxın Şərq regionunun reallaşması önəmini vurğulayıb.
Salehi daha sonra sionist rejimin NPT müahidəsinə qoşulmamaq üzrə əsaslandırılmaz imtinasını və bu rejimin hərbi nüvə proqramını ciddi nigaranlıq mənbəyi, eləcə də regional və beynəlxalq təhlükəsizlik əleyhinə bir təhdid adlandırıb.
İranın Atom Enerjisi Təşkilatının sədri həmçinin deyib: Nüvə təhlükəsizliyi ilə bağlı addımlar nüvə enerjisindən sülhsevər istifadələr sahəsindəki beynəlxalq həmkarlığı zəiflətməməli və ya təsir altına almamalıdır.
Nüvə təhlükəsizliyi üzrə beynəlxalq konfrans nüvə təsisatlarında təxribatların qarşısını almaq və nüvə maddələrinin oğurlanması və qaçağına mane olmaq məqsədilə MAQATE-yə üzv ölkələrin iştirakı ilə bazar ertəsi günü Vyanada işə başlayıb.