İran və İndoneziya iqtisadi forumunda əməkdaşlıq sənədləri imzalanıb
Tehranda İran və İndoneziya iqtisadi forumunda iki ölkənin özəl sektorları arasında 10 sənəd və anlaşma imzalanıb.
İndoneziya prezidenti Tehranın mədəni-tarixi Sədabad obyektində İran İslam Respublikası Höccətülislam vəlmüslimin Həsən Ruhani tərəfindən rəsmən qarşılanıb. Qarşılanma mərasimindən sonra İran İslam Respublikası və İndoneziya iki ölkənin yüksək səviyyəli heyətlərinin müştərək iclasının sonunda prezidentlərin iştirakı ilə 4 əməkdaşlıq sənədini imzalayıb.
Bu 4 əməkdaşlıq sənədi, bərpa olunan enerjilər və elektrik sahəsində əməkdaşlıq memorandumu, cəza məsələlərində qarşılıqlı hüquqi anlaşma, iki ölkə arasında cinayətkarların ekstradisiyası anlaşması və iki ölkə arasında investorlara təşviq üzrə əməkdaşlıq sənədidir.
Həsən Ruhani İran və İndoneziyanın əməkdaşlığını iki ölkənin mənafeyi üçün əhəmiyyətli adlandırıb və deyib: Şübhəsiz bu əməkdaşlıq region və islam dünyasının stabilliyi və təhlükəsizliyinin xeyrinə olacaqdır.