Dek 15, 2016 11:24 Asia/Baku
  • İslam inqilabının böyük rəhbərinin bəyanatı
    İslam inqilabının böyük rəhbərinin bəyanatı

İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei Asiyanın qərbində gedən toqquşmaların xəbis xarici məqsədlər əsasında bu regiona qəbul etdirilmiş olduğunu bildiriblər.

İslam inqilabının böyük rəhbərinin ofisinin internet portalının verdiyi məlumata görə, Həzrət Ayətullahül-üzma Xamenei dünən Tehranda İndoneziya prezidenti Coko Vidodo ilə görüşündə İndoneziyanın Fələstin məsələlərindəki mövqelərini yüksək qiymətləndirərək bildiriblər: Bir çox böhranlar , regionun ən çətin böhranı və islam dünyasının əsas məsələsi yəni Fələstin məsələsini unutdurmaq məqsədi ilə yaradılıb, halbuki bu məsələnin unutdurulmasına imkan verməmək lazımdır. 

İslam inqilabının böyük rəhbəri Sukarnonun yüksək şəxsiyyətini və onun Qoşulmama Hərəkatının təməlinə çevrilən Bandunq konfransını formalaşdırmaqdakı rolunu yüksək qiymətləndirərək bildiriblər: Bu gün də beynəlxalq qurumlarda İran ilə İndoneziyanın mövqeləri biri-birinə yaxındır. 

Həzrət Ayətullahül-üzma Xamenei İran İslam Respublikasının İndoneziyaya baxışının qardaşlıq və dostluq baxışı olduğunu bildirərək bu ölkənin müxtəlif sahələrdə inkişafına toxunaraq buyurublar: İran İslam Respublikası da müxtəlif iqtisadi sahələrdə, yeraltı mənbələr və mədənlər üzrə çoxlu potensiallara malikdir və bizə elə gəlir ki, müsəlman ölkələr düşmənlərin istəklərinin əksinə olaraq, biri-birlərini gücləndirməli və ixtilaflardan çəkinməlidirlər. 

İslam inqilabının böyük rəhbəri iki ölkənin bir çox potensiallarına toxunaraq, iqtisadi, siyasi və mədəni əməkdaşlıqlar və mübadilələrin inkişaf etdirilməsini vurğulayıb və xatırladıblar: İran İslam Respublikası, böyük müsəlman toplusuna malik olan İndoneziyanın izzətini islam ümmətinin fəxri və başıucalığı hesab edir. 

Həzrət Ayətullahül-üzma Xamenei İran və İndoneziya arasında mübadilələrin indiki səviyyəsinin iki ölkənin potensiallarına uyğun olmadığını bildirərək vurğulayıblar: Zaman cədvəli hazırlayaraq iki ölkə arasındakı iqtisadi mübadilələrin dəyərini 20 milyard dollar kimi rəqəmlərə çatdırmaq lazımdır. 

Görüşdə İndoneziya prezidenti Coko Vidodo da İrana səfərdə məqsədinin enerji xüsusiyyət təşkil etməklə İranla iqtisadi əlaqələrin inkişaf etdirilməsi olduğunu bildirərək deyib: Bu istiqamətdə İran hökuməti ilə instruktiv müzakirələr apardıq. 

İndoneziya prezidenti Fələstin məsələsi barədə isə deyib: İndoneziya Fələstin məsələsində özünü öhdəlikli hesab edir və Fələstin xalqının hüquqlarının bərpa edilməsini dəstəkləyir. 

Teqlər