Dek 22, 2016 11:13 Asia/Baku
  • Hələbin azadlığı və Suriyada savaş parametrinin müqavimətin xeyrinə dəyişməsi
    Hələbin azadlığı və Suriyada savaş parametrinin müqavimətin xeyrinə dəyişməsi

İran İslam Respublikası quruluşunun Məsləhət Şurasının katibi deyib: Hələbin azad edilməsi Suriyadakı savaş parametrini dəyişdi və terrorçuları zəifləməyə və dağılmağa tərəf sürüklədiı.

İran İslam Respublikası quruluşunun Məsləhət Şurasının katibi Möhsen Rezayi dünən gecə İranın 2-ci telekanalının xüsusi xəbər dialoqu verilişində əlavə edib: Hələbin azad edilməsi səbəb oldu ki, terrorçuların öz gələcəklərinə heç bir ümidi qallmasın.

Rezayi deyib: Terrorçuların himayədarları Hələbin azad edilməsindən və terrorçuların mühasirə olunmalarından nigaran olublar. Terrorçular da onların Hələbdən çıxmaları qarşılığında Fuə və Kəfəriyya sakinlərinin azad edilmələri yolunda sabotaj törədiblər.

Rezayi deyib: İndiyədək İran İslam Respublikasının  Suriya barəsindəki siyasəti məntiqli, eləcə də islami, insani və beynəlxalq standartlar əsasında olubdur. O, söyləyib: Hazırda aydın olubdur ki, Suriya məsələsi yalnız siyasi müzakirələrdə həll olunasıdır və təzyiq və silah gücünə bir hökuməti kənarlaşdırmaq olmaz.

İran İslam Respublikası quruluşunun Məsləhət Şurasının katibi Rusiya-İran-Türkiyə əlaqələrinin gələcəyinə də toxunub. O, deyib: Hazırda bu ölkələrin birliyi gücləndirilib və üç ölkənin xarici işlər nazirlərinin Moskvada keçirilən son iclası Türkiyənin Qərbdən uzaqlaşması və onun Suriya hökuməti ilə əlaqəsindən xəbər verir.

Çərşənbə axşamı günü Moskvada keçirilən İran, Rusiya və Türkiyənin xarici işlər və müdafiə nazirlərinin üçtərəfli iclası Suriya böhranının həlli üzrə siyasi prosesi və bu ölkənin şimalında yerləşən Hələb şəhərinin son durumunu araşdırmaq məqsədilə təşkil olunmuşdu.

Teqlər