Əsəd: Hələbin azad edilməsi bütün anti-terrorizm mübarizlərinin qələbəsidir
Suriya prezidenti deyib ki, Hələbin azad edilməsi İran və Rusiya xüsusiyyət təşkil etməklə bütün anti-terrorizm mübarizlərinin qələbəsidir.
IRNA-nın məlumatına görə, Suriya prezidenti Bəşşar Əsəd bu gün Dəməşqdə İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Caberi Ənsari və onu müşayiət edən heyət ilə görüşdə vurğulayıb: Hələbdə qələbə, həm də Suriya xalqının, terrorizmdən öz mənafelərinə çatmaq üçün istifadə edən bütün düşmənlərinin məğlubiyyəti deməkdir.
Əsəd mövcud savaşa son qoymaq üçün münasib şəraitin yaradılması və bütün Suriyada terrorizmin yatırılması və onunla mübarizə yolunda əsas bir addım kimi Hələbdəki qələbənin önəmini vurğulayıb.
İran xarici işlər nazirinin müavini də bu görüşdə deyib: İran və Suriyanın uzun keçmişə malik strateji əlaqələri iki ölkəni və region ölkələrini xarici planlar və fitnələr qarşısında sığorta edibdir.
Caberi Ənsari terrorizm qarşısında Suriya xalqının müqavimətinin artırılması üzrə imkanların təmini və Suriya ilə əlaqələrin genişləndirilməsi sahəsində İranın əzmkarlığını vurğulayıb.