4 milyon tondan çox kənd təsərrüfatı məhsulu ixrac edilib
Yan 13, 2017 10:00 Asia/Baku
-
4 milyon tondan çox kənd təsərrüfatı məhsulu ixrac edilib
İranın kənd təsərrüfatı cihadı nazirinin müavini deyib: Son 9 ayda İrandan 4 milyon 326 min ton kənd təsərrüfatı məhsulları icrac edilib.
İRNA-nın verdiyi məlumata görə, İİR kənd təsərrüfatı cihadı nazirinin bağdarlıq üzrə müavini Məhəmmədəli Təhmasibi dünən Məşhəd şəhərində Rəzəvi Xorasan ostanının öndə gedən istehsalçılarını qiymətləndirmə mərasımındə deyib: 2016-cı il apreldən dekabr ayınadək İrandan kənd təsərrüfatı məhsullarının ixracatı həcmi 4 milyon 326 min tona çatıb və ötən dövr ilə müqayisədə 6 faiz artım göstərir.
Təhmasibi deyib: Son 9 ay ərzində İranın ixrac etdiyi kənd təsərrüfatı məhsullarının dəyəri 4 milyard 127 milyon ton olub ki, bu da ötən ilin oxşar dövrü ilə müqayisədə 5 faiz artımın olduğunu göstərir.