İran-Ərəbistan müzakirələrinin əsası; İranlı zəvvarların hüququ, kompensasiya və qan bahasının ödənməsi
https://azeri.sahartv.ir/news/İran-i256288-İran_Ərəbistan_müzakirələrinin_əsası_İranlı_zəvvarların_hüququ_kompensasiya_və_qan_bahasının_ödənməsi
Vəliyyi Fəqihin İranın Həcc və Ziyarət məsələləri üzrə Təşkilatındakı nümayəndəsi deyib: İranın Ərəbistanla müzakirələri ilə əlaqədar keçirilən çoxsaylı daxili iclaslarda həcc mərasimi, təhlükəsizlik məsələsi, imkanlar, iranlı zəvvarların hüququ, kompensasiya və qanbahasının ödənməsi irəli sürülmüşdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 15, 2017 09:35 Asia/Baku
  • İran-Ərəbistan müzakirələrinin əsası; İranlı zəvvarların hüququ, kompensasiya və qan bahasının ödənməsi

Vəliyyi Fəqihin İranın Həcc və Ziyarət məsələləri üzrə Təşkilatındakı nümayəndəsi deyib: İranın Ərəbistanla müzakirələri ilə əlaqədar keçirilən çoxsaylı daxili iclaslarda həcc mərasimi, təhlükəsizlik məsələsi, imkanlar, iranlı zəvvarların hüququ, kompensasiya və qanbahasının ödənməsi irəli sürülmüşdür.

İRNA-nın məlumatına görə, Höccətülislam vəlmüslimin Əli Qazi Əsgər 2017-ci il 23 fevralda Ərəbistanda səudiyyəli tərəflə müzakirə üçün İran heyətinin iştirakı və şərtləri barədə deyib: Hazırda xüsusi bir şərti irəli sürmək olmaz. Çünki məsələ müzakirələrdir və müzakirələrdə iki tərəf arasında hansı şəraitin yaranacağını gözləmək lazımdır.

İranlı hacıların rəhbəri deyib: İran İslam Respublikası və Səudiyyə Ərəbistanı arasında müzakirələrin uğurlu olduğu və anlaşma yarandığı halda, dərhal həcc səfəri üçün İranın proqramları başlanacaq.

Vəliyyi Fəqihin Həcc və Ziyarət məsələləri üzrə Təşkilatındakı nümayəndəsi ötən bazar ertəsi günü növbəti həcc üçün Ərəbistandan rəsmi dəvətin alındığını bildirib.

2015-ci il Qurban bayramı günü yeddi mindən çox zəvvar, o cümlədən 464 iranlı zəvvar Minada həcc əməllərini yerinə yetirərkən Ali-Səud rəsmilərinin səhlənkarlığı nəticəsində həlak oldu.

Səudiyyəlilər 2016-cı ildə əsassız səbəblərlə bəzi islam ölkələri, o cümlədən İranın vacib həcc mərasimində iştirakına mane oldular.