Yan 17, 2017 12:19 Asia/Baku
  • Ruhaninin nüvə anlaşmasının birilliyi münasibətilə mətbuat konfransı
    Ruhaninin nüvə anlaşmasının birilliyi münasibətilə mətbuat konfransı

Bu gün nüvə anlaşmasının icrasının birilliyi münasibətilə İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin daxili və xarici jurnalistlərlə mətbuat konfransı keçiriləcək.

IRIB-nin məlumatına görə, bu konfrans yerli vaxtla saat 16-da Tehranda prezident administrasiyasının Şəhid Beheşti adına zalında keçiriləcək.

İran İslam Respublikası Prezident Administrasiyasının rabitə və informasiya məsələləri üzrə sədr müavini Pərviz Esmaili bu xəbəri verərək deyib: Həsən Ruhani bu mətbuat konfransında dövlətin fəaliyyəti barədə İran xalqına məlumat verərək, siyasi, iqtisadi, mədəni və sosial sahələrdə daxili və xarici jurnalistlərin suallarını cavablandıracaq.

İran İslam Respublikası Prezident Administrasiyasının rabitə və informasiya məsələləri üzrə sədr müavini sonra deyib: Bu mətbuat konfransında 220-dən çox daxili və xarici jurnalist, fotoqraf və kinooperator iştirak edəcək.

Teqlər