İranın Suriyaya dəstəkləri davam edəcək
Suriyanın baş naziri Tehran səfərinin davamında İran prezidenti, İslam Şurası Məclisinin sədri, Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri ilə görüşərək danışıqlar aparıb. Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib ki, Suriya böhranı haqda Amerikanın mənfi keçmişinə görə, İran Qazaxıstanın Astana şəhərində Suriya böhranı ilə əlaqədar keçiriləcək iclasda Amerikanın iştirak etməsinə qarşıdır.
İran İslam Respublikasının Suriyaya dəstəkləri davam edəcək. Prezident Suriya baş naziri ilə görüşdə, iki ölkənin əlaqələrini dərin və təsiredici adlandırıb və Tehran-Dəməşq əlaqələrinin hərtərəfli şəkildə genişləndirilməsi üçün mövcud fürsət və potensiallardan istifadə edilməsinin vacibliyini vurğulayıb. Cənab Ruhani terror qrupları və himayədarlarının öz məqsədlərinə çatmaq istiqamətində heç vaxt uğur qazanmayacaqlarını qeyd edərək Suriyada sülh və stabilliyin bərpa edilməsi üçün Hələbin azad edilməsi və atəşkəsin bərqərarını iki önəmli addım adlandırıb. Prezident ümidvarlıq edib ki, Astana iclası həqiqi suriyalı-suriyalı müzakirələrin başlanması və onun nəticəsi Suriya xalqı üçün arzu olunan məqsədi əldə etmək olacaq. Suriya baş naziri də deyib: Hələb qələbəsi, əslində Suriya xalqının müqaviməti, bu ölkə ordusunun fədakarlığı və İran İslam Respublikasının Suriyaya əvəzsiz dəstəklərinin nəticəsidir. İmad Xəmis Suriyanın stabillik və təhlükəsizliyin qayıtması üçün bütün yollar və təşəbbüsləri və suriyalı-suriyalı müzakirələrin nəticəyə çatmasını müsbət qarşıladığını bildirərək ümidvarlıq edib ki, Astana müzakirələri nəticəsi sülh və təhlükəsizliyin Suriyaya qayıtması və terrorçularla həqiqi mübarizə olacaqdır.
Suriya baş naziri prezidentlə görüşdən sonra Məşrutə sarayına getdi və İslam Şurası Məclisinin sədri ilə görüşərək danışıqlar apardı. Cənab Laricani də İmad Xəmislə görüşdə terrorizmlə mübarizədə İranın Suriyaya dəstəyi və diplomatik həll yolunun izlənilməsindən söz açıb.
Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri də Suriya baş nazirini qəbul etdi. Cənab Vilayəti Astana müzakirələrini Suriya və müttəfiqlərinin qələbəsinin nəticəsi adlandırıb və əlavə edib: Müzakirələr məğlub olmuş terrorçuların himayədarlarının sui-istifadə etmələri üçün vasitəyə çevrilməməlidir.
Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti deyib: Bizə deyilmişdi ki, onlar müşahidəçi qismində iştirak etmək istəyirlər. Halbuki bilirik ki, amerikalılar iştirak edərlərsə, müşahidə ilə kifayətlənməyəcəklər. Buna görə, biz nə müşahidəçi, nə də aktiv qismində iştirak etmələrini istəmirik. Ümumilikdə İran İslam Respublikasının qətiyyətli mövqeyi budur ki, terrorçuların təchiz edilməsi və təlimatlandırılmasında rolu olmuş Amerika və onun ardınca gedən, regionun mürtəce ölkələrinin iştirakına qarşıdır.
Ali Milli Təhlükəsizlik Şurasının katibi də İran İslam Respublikasının Astana iclasında Amerikanın iştirakına qarşı olduğunu bildirərək deyib: İranın qarşı çıxdığına görə, Astana iclasında iştirak etmək üçün Amerikaya heç bir müştərək dəvətnamə verilməmişdir. Ali Milli Təhlükəsizlik Şurasının katibi Amerikanın dəvət olunması ilə bağlı xəbərlərə toxunaraq deyib: Ehtimal üzrə ev sahibi ölkə Amerikanı müşahidəçi kimi dəvət etmişdir. Cənab Şəmxani Suriya böhranının həlli üçün Amerikanın əhdə xilaf çıxması və planlarının yetərsizliyini xatırladaraq deyib: Amerikanın Astana iclasında rol oynaması tamamilə inkar olunur.
Bu məsələni xarici işlər naziri ikinci dəfə olaraq bu dəfə Davosda israrla qeyd etdi.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib: Biz həmişə demişik ki, Amerikanın iştirakı ilə razı deyilik. Həmçinin elan etdik ki, iclas üçün dəvət edən tərəf də deyilik. Buna görə, Astana iclası üçün dəvət edən biz deyilik. Qazaxıstan dəvət edən tərəfdir. Biz öz mövqeyimizi elan etdik. Səbəbi də budur ki, keçmişdə olan çərçivələr həll yoluna çata bilməmişdir. Hələlik İran, Rusiya və Türkiyə arasında bu əməkdaşlıq olmuşdur. Ötən iki-üç ayda hiss olunacaq nəticələri əldə etmişdir. Onlardan biri atəşkəsin bərpası müvəffəqiyyətidir. Və inşallah, Suriya dövləti və müxaliflər arasında danışıqlarda müvəffəqiyyətdir.
Amma katibliyinin son günlərində Davosa getmiş Amerika dövlət katibi Con Kerri deyir ki, biz həm terrorçulara silah verdik, həm də sülh danışıqlarını dəstəkləyirik.
ABŞ dövlət katibi Con Kerri deyib: Biz İran əleyhinə sanksiyaları silahlanma və raket fəaliyyətləri qətnamələrini pozduğu və Hizbullah və terror təşkilatlarına dəstəklərinə görə, qorumuşuq. Biz hətta bu sanksiyaları müxtəlif tədbirlərdə gücləndirmişik.
Astana iclası 23 yanvarda Qazaxıstanda Suriya hökuməti nümayəndələri ilə atəşkəs edən müxalif qrupların nümayəndələri arasında keçiriləcək. İndi gözləmək lazımdır ki, terrorçular və himayədarları sülh və diplomatik həll yoluna doğrudan da, nə dərəcədə inanırlar.