Küveytin xarici işlər naziri İran xarici işlər nazirilə görüşüb
Yan 25, 2017 15:37 Asia/Baku
Küveytin xarici işlər naziri Şeyx Səbah Əlxalid Əssəbah bu gün səhər birgünlük səfər məqsədilə Tehrana daxil olub.
Küveytin xarici işlər naziri Küveyt əmirinin İran prezidenti Həsən Ruhaniyə ünvanlanmış müraciətilə gəlib və qərar üzrə bu müraciəti İran prezidentinə təqdim etməlidir.
Küveytin xarici işlər naziri iki ildən sonra Tehrana səfər edibdir.
İki ölkənin rəsmiləri ikitərəfli, eləcə də regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Şeyx Səbah Əlxalid Əssəbah Tehran səfəri gedişində İranın yüksək vəzifəli rəsmilərilə görüşərək, onlarla məşvərətlər aparacaqdır.