Qasimi: ABŞ-ın hərəkətinə qarşı əlverişli tədbirlər görüləcək
-
Qasimi: ABŞ-ın hərəkətinə qarşı əlverişli tədbirlər görüləcək
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xaricdə yaşayan iranlıların məsələləri üzrə bu naizrlik nəzdində bir komitənin yaradılması barədə deyib: Amerikanın İrana və bəzi müsəlman ölkələrə qarşı son düşmən hərəkətindən sonra bu kimi hərəkətlərə qarşı münasib tədbirlərin görülməsi xüsusunda dəqiq proqnozlar edilmişdir.
İRNA-nın verdiyi məlumata görə, Bəhram Qasimi dünən gecə deyib: İranın səhiyyə, müalicə və tibbi təlim, elm, tədqiqat və texnologiyalar nazirlikləri eləcə də nizam-intizam qüvvələrindən ibarət bir komitə, XİN nəzdində yaradılıb.
Qasimi deyib: Komitə artıq öz fəaliyyətinə start verib və yaxın günlərdə yeni durum barədə uyğun tədbirlər seçəcək.
İİR XİN sözçüsü yenicə təşkil olunmuş komitənin son iki gün ərzində müəyyən fəaliyyət çərçivələri hazırladığı və İranın müxtəlif ölkələrdəki səfirliklərinə təqdim etdiyini bildirərək deyib: Bu fəaliyyət çərçivələri xaricdə yaşayan iranlıların xüsusiylə ABŞ-da müəyyən problemlərə düçar ola biləcək vətəndaşların mövqelərinin mühafizəsi ilə əlaqədardır.
Amerika prezidenti Donald Tramp cümə günü İran, İraq, Sudan, Somali, Liviya, Suriya və Yəmən ölkələrindən Amerikaya miqrantların daxil olmalarına qadağa tətbiq edib.
ABŞ prezidenti bunu terrorizm ilə mübarizə üçün etdiyini və 11 sentyabr hadisəsinin hələ yaddaştlardan silinmədiyini deyib halbuki, Nyu-Yorkda qoşa göydələnləri və Vaşinqtonda bəzi həssas mərkəzləri hədəfə alan 2001-ci il 11 sentyabr hadisəsini törədən 17 nəfərdən 15 nəfəri Sudiyyəli olub və heç biri ABŞ prezidentinin girişlərinə qadağa qoyduğu ölkələrin vətəndaşı olmayıblar.
Səudiyyəlilərini 11 sentyabr hadisəsini törətdikləri barədə faktlar ifşa olunduqdan sonra hadisə qurbanlarının ailələri Səudiyyə Ərəbistanı rejiminə qarşı şikayət etdilər, həm respublikaçı həm də demokrat partiyaları həmin sənədlərin ifşa edilməsinə israr etsələr də Səudiyyəlilər ABŞ-ın keçmiş prezidenti Barak Obamanı Səudiyyə Ərəbistanının Amerikaya yatırdığı 100 milyard dollarlıq sərmayəsini bu ölkədən çıxaracağı ilə hədələdilər və beləliklə mövzu gündəmdən çıxarıldı.