Ruhani: Sionist rejim saxta və Qərbin düzəltdiyi bir rejimdir
https://azeri.sahartv.ir/news/İran-i260598-ruhani_sionist_rejim_saxta_və_qərbin_düzəltdiyi_bir_rejimdir
İran prezidenti vurğulayıb ki, Fələstin məsələsi İslam Dünyasının ən mühüm məsələsidir. O, deyib ki, sionist rejim saxta, Qərbin düzəltdiyi və insan haqlarını pozan bir rejimdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 22, 2017 16:54 Asia/Baku
  • Ruhani: Sionist rejim saxta və Qərbin düzəltdiyi bir rejimdir
    Ruhani: Sionist rejim saxta və Qərbin düzəltdiyi bir rejimdir

İran prezidenti vurğulayıb ki, Fələstin məsələsi İslam Dünyasının ən mühüm məsələsidir. O, deyib ki, sionist rejim saxta, Qərbin düzəltdiyi və insan haqlarını pozan bir rejimdir.

Həsən Ruhani bu gün Tehranda keçirilən 6-cı Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransının bağlanış mərasimində Fələstinin işğalı tarixinə toxunaraq, deyib: Fələstin bir etnos və ya bir xalqdan ibarət deyil, əksinə bir tərəfdən, beynəlxalq təşkilatların faydasızlığı, beynəlxalq hüquq normalarının görməməzliyə vurulması və zülmün bir nişanəsi, digər tərəfdən də bir xalqın bəzi islami ölkələrin xəcalət çəkmələri və dünya ictimaiyyətinin başıaşağılığının kənarında öz hüquqlarının bərpası üçün mücahidcəsinə və ardıcıl səylərinin simvoludur.

Ruhani vurğulayıb ki, Fələstin xalqının torpaqlarının qəsb olunmasının davam etməsi kimi təhrikedici hərəkətlər və bu diyarın tarixi və sivilizasiya mahiyyətinin dəyişdirilməsi üzrə məqsədyönlü səylər tədricən beynəlxalq sülh və təhlükəsizlik üçün dağıdıcı nəticələr qoyacaq. 

O, söyləyib: Sionistlər istəyirlər dünya xalqları inansınlar ki, fələstinlilər bir ölkəyə aid olmadan güzəran keçirməli olan didərginlərdirlər və müqavimət adının terrorizmə çevrilməsi, eləcə də təslim və saziş məsələsinin adiləşdirilməsi üzrə uzunmüddətli cəhd məhz buna görədir.

Ruhani həmçinin Yaxın Şərqdəki çaxnaşmalar və təlatümlərə toxunaraq, deyib: Yəmən, İraq, Suriya və Əfqanıstandakı savaş, döyüş və terror hər gün yüzlərlə insanın həyatını əlindən alır və islami dövlətlər müsəlmanların hədəfsiz qırğını və döyüşlərə son qoymaq üçün həmkarlıq etmək yerinə, bir-birilərinə ittiham vurmaq və günahı başqasının boynuna yıxmaqla məşğuldurlar ki, bu cür acınacaqlı şəraitin mənfəəti işğalçı sionist rejimə nəsib olur. 

Ruhani əlavə edib: İran İslam Respublikası bu qənaətdədir ki, Yaxın Şərqdə ədalətli və əhatəli sülhün bərqərarı Fələstinin işğalına son qoymadan və bu xalqın hüquqlarının tam şəkildə bərpası, o cümlədən taleyin təyin edilməsi, bütün didərginlərin öz əcdadlarının torpaqlarına geri dönmələri, müsəlman, xristian və yəhudilər daxil olmaqla bu diyarın əsl sakinləri və qövmlərinin iştirakı ilə bir referendumun keçirilməsi yolu ilə Qüdsi-Şərif paytaxt olmaqla vahid Fələstin dövlətinin təşkilindən başqa bir yolla əldə olunmayacaq.

Ruhani vurğulayıb: Hərçənd Fələstinin hüquqlarının bərpası üçün bütün müsəlmanların qarşısında son dərəcə çətin bir yol durur, amma öz hüququnun müdafiəsi üçün cihad yolunu seçmiş bir xalq müvəffəq olacaqdır.

6-cı Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransı çərşənbə axşamı günü İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin, eləcə də İranın üç hakimiyyət qüvvəsinin başçıları və İslam Dünyasının görkəmli şəxsiyyətlərinin iştirakı və "Hamı Fələstini himayə uğrunda!" şüarı ilə Tehrandakı İslam Ölkələri Sammiti Zalında açıldı. Səksəndən çox heyət və 700 xarici qonaq 6-cı Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransında iştirak edib.