Şəmxani: Ərəbistanın terrorçulara dəstək roluna güzəşt etmək olmaz
https://azeri.sahartv.ir/news/İran-i261062-Şəmxani_Ərəbistanın_terrorçulara_dəstək_roluna_güzəşt_etmək_olmaz
"Səudiyyə Ərəbistanının regionda məğlub olmuş terror qruplarını yaratmaq və dəstəkləmək üzrə rolunu əsla görməməzliyə vurmaq olmaz"
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2017 16:44 Asia/Baku
  • Şəmxani: Ərəbistanın terrorçulara dəstək roluna güzəşt etmək olmaz
    Şəmxani: Ərəbistanın terrorçulara dəstək roluna güzəşt etmək olmaz

"Səudiyyə Ərəbistanının regionda məğlub olmuş terror qruplarını yaratmaq və dəstəkləmək üzrə rolunu əsla görməməzliyə vurmaq olmaz"

Bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bu gün Tehranda jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı İraqda məğlub olmuş terror qruplarını yaratmaq və dəstəkləmək, region ölkələri, xüsusilə də İraq və Suriyaya əvəzedilməz xəsarətlərin vurulmasında əsaslı rola malik olmuşdur.

Şəmxani Səudiyyə Ərəbistanı xarici işlər nazirinin İraqa səfərinə münasibət bildirib: İran terror qruplarını dəstəkləyən ölkələr, xüsusilə də Səudiyyə Ərəbistanının öncəki təxribatçı siyasətlərindən geri qayıtmaq və yanlışlıqların əvəzini çıxmaq üzrə istənilən səyi müsbət hesab edir. Lakin Ərəbistanın davranışında hələlik heç bir dəyişiklik müşahidə olunmayıb.

Şəmxani terrorçuların öz yetişdikləri və təlim aldıqları məkanlarda terror aktları törədə biləcəyini bəyan edib: Ayıq-sayıq təhlükəsizlik qurumu, məlumatlı və diqqətli vətəndaşlar İranda terror ünsürlərinin iştirakı və fəaliyyətinə mane olmuşdur.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi bəzi region ölkələrinin təlim mərkəzlərini təkfirçi terrorçu istehsalı zavodları adlandırıb: Hazırda dünya üçün təhlükəsizlik böhranına çevrilən terrorçular həmin ölkələrin vətəndaşları və təlim mərkəzlərinin məzunlarıdır.

Əli Şəmxani həmçinin islam dinindən yanlış nəticə çıxarmaq, ictimai narazılıq, siyasi birliyin olmaması, terrorçu yetişdirən ölkələrin təhlükəsizlik və hüquq-mühafizə orqanlarının yararsızlığını onların İran İslam Respublikası ilə mənalı fərqlərindən adlandırıb.