Mart 04, 2017 20:18 Asia/Baku
  • İran dünyada ilk sement ixracatçısıdır

İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri İranın sement ixracatında dünyada birinci ölkə olduğunu deyib.

İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə şənbə günü Yasucda Marqun sement istehsalı zavodunun açılış mərasimində iştirak edib.

Nazir qonşu ölkələrdə tikinti işlərinin artması ilə İran sementinin ixracının 20 milyon tonu keçəcəyinə ümidvarlıq edib.

Nemətzadənin sözlərinə görə, Marqun sement zavodunun istifadəyə verilməsi ilə İranın sement istehsalı potensialı artacaq.

İran İslam Respublikasının vitse-prezidenti İshaq Cahangiri də Marqun sement zavodunun açılış mərasimində deyib: Ötən 11 ay ərzində İranın sement ixracatı 11 milyon 500 min tona çatıb.

Cahangiri həmçinin İranın qeyri-neft ixracatının da artdığını söyləyib: Ötən 11 ayda İranın qeyri-neft ixracatının həcmi ötən ilin analoji dövri ilə müqayisədə çəki baxımından 33% artıb.

Kohkiluyi və Buyir Əhməd Marqun Sement Zavodunun gündəlik 3 min 300 ton istehsal potensialı ilə ikinci fazasının açılış mərasimi bu gün İran prezidentinin birinci müavini və sənaye, mədən və ticarət nazirinin iştirakı ilə keçirilib.

Teqlər