Mart 21, 2017 14:39 Asia/Baku
  • Moqerini: Nüvə anlaşması dünya ictimaiyyətinə aiddir
    Moqerini: Nüvə anlaşması dünya ictimaiyyətinə aiddir

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi dünən Vaşinqtonun Karnegi müəssisəsində nüvə siyasəti üzrə beynəlxalq iclasda nüvə anlaşmasının dünya ictimaiyyətinə aid olduğunu vurğulayaraq, deyib: Bu elə bir anlaşma deyildir ki, ikitərəfli surətdə tənzim edilmiş və onda dəyişiklik aparmaq mümkün olmuş olsun.

IRNA-nın məlumatına görə, Federika Moqerini İran ilə altılıq qrupu arasında nüvə anlaşmasının əldə olunmasında beynəlxalq fikir birliyi və diplomatiyanın təsirli roluna toxunaraq, deyib: Birlik nüvə anlaşmasının formalaşması ilə nəticələnən bir məsələ idi. Moqerini bildirib ki, MAQATE indiyədək beş dəfə İranın nüvə anlaşmasına sədaqətini təsdiq edib. O, əlavə edib: Nüvə anlaşması maddələrinin tam şəkildə icrasının dəyərləndirilməsi üçün bütün tərəflərin iştirakı ilə çoxlu sayda ardıcıl surətdə keçirilir.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi həmçinin BMT Təhlükəsizlik Şurasının bu anlaşmanı dəstəklədiyini vurğulayaraq, deyib ki, avropalılar bu anlaşmanın qorunmasına öhdəliklidirlər.

Avropa ölkələrinin nüvə anlaşmasını dəstəkləmələri İranın bu anlaşma qarşısındakı bütün öhdəliklərini yerinə yetirməsinin MAQATE, BMT və Təhlükəsizlik Şurası tərəfindən təsdiq olunmasının davamındadır. Amma ABŞ prezidenti Donald Tramp bu anlaşma ilə bağlı digər tərəflərin mövqelərinin əksinə olaraq, daim vurğulayıbdır ki, nüvə anlaşması indiyədək gördüyü ən pis anlaşmadır.

Teqlər