İran Britaniyanın baş nazirinin iddialarını cavablandırıb
-
İran Britaniyanın baş nazirinin iddialarını cavablandırıb
İranın Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Regionda xüsusiylə Səudiyyə Ərəbistanının Yəmənə qarşı anti-bəşəri və qeyri-bərabər təcavüzündə günahsız insanları qırğın etmək üçün təcavüzkarlara silah satılmsı ilə, Britaniyanın baş nazirinin iddiaları arasında uyğunluq müşahidə olunmur.
İRİB-in verdiyi məlumata görə, Bəhram Qasimi bu gün səhər Britaniyanın baş naziri Terza Meyin İran İslam Respublikasını regionda de-stabillik yaratmaqda ittihamlandırmasına reaksiyada deyib: Təəssüflər olsun ki, bu ilk dəfə deyil Britaniyanın baş naziri yalanı doğruya tərcih edir.
Qasimi deyib: Britaniyanın baş naziri son on illiklərdə regionda gedən hadisələrə gözlərini asanlıqla yumub və Orta şərq regionunda geriliyin, de-stabilliyin böyük hissəsinin Britaniya və onun müttəfiqlərinin region ölkələrinə təcavüzləri və burada müharibəni alovlandırmaları kimi ədalətsiz, müstəmləkəçi və ekspansionist siyasətlərinin nəticəsi olduğunu səhvən yaxud bilərəkdən unudur.
Qasimi deyib: Şübhəsiz İran İslam Respublikasının həssas və strateji Orta şərq regionunda təhlükəsizlik, stabillik və sakitliyin təmininə yardım sahəsindəki sarsılmaz iradəsi və səyləri, tam şəffaf, dəqiq və ağıllı təşəbbüs olaraq terrorizm və zorakılıqla mübarizə istiqamətində həyata keçir.
İİR XİN sözçüsü deyib: Terza Meyin yersiz ittihamları elə bir şərayitdə irəli sürülür ki, terrorçuların təcavüzlərinə məruz qalaraq, İran İslam Respublikasından yardım tələb etmiş ölkələrdə təhlükəsizlik, sabitlik və sülhün himayəsi uğrunda İranın önəmli rolu kimsəyə gizli deyildir.
Qasimi deyib: Ehtimal üzrə Britaniyanın baş naziri və bu ölkənin Orta şərqdəki bəzi yaxın müttəfiqləri İraq və Suriyadakı terrorçuların uğur qazanacaqlarını nəzərə alan hesablamalarının reallaşmamasından və terrorçu ünsürlərin geri oturdulmasından razı deyillər və regionun davamlı de-stabillik və əmn-amansızlıq içində qalmasını istəyirlər.
Qasimi deyib: İran İslam Respublikası, bəzi region ölkələrinin razılığı və maliyyə dəstəyini əldə etmək məqsədi ilə səsləndirilən bu kimi bəyanatları kəskin şəkildə pisləyir və London rəsmilərinin reallıqları dərk edərək, müxtəlif dövrlərdə Fars körfəzi regionundakı çox saylı təcrübələrindən nəticə çıxaracaqları və özlərinin səhv mövqelərini düzəldəcəklərini gözləyir.