İran və Səudiyyə Ərəbistanı arasında həcc barədə müzakirələr davam edir
https://azeri.sahartv.ir/news/İran-i264732-İran_və_səudiyyə_Ərəbistanı_arasında_həcc_barədə_müzakirələr_davam_edir
İranın Həcc və Ziyarət Təşkilatının rəhbəri dünən Səudiyyə Ərəbistanının həcc naziri ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2017 06:12 Asia/Baku
  • İran və Səudiyyə Ərəbistanı arasında həcc barədə müzakirələr davam edir
    İran və Səudiyyə Ərəbistanı arasında həcc barədə müzakirələr davam edir

İranın Həcc və Ziyarət Təşkilatının rəhbəri dünən Səudiyyə Ərəbistanının həcc naziri ilə görüşüb.

İRNA-nın verdiyi məlumata görə, Həmid Məhəmmədinin başçılıq etdiyi heyət Məkkə və Mədinədə iranlı hacıların igaməti, ərzaq, nəqliyyat və digər xidlmətlərlə təmin olunmaları üçün lazımı tədbirlərin görülməsi məqsədi ilə Səudiyyə Ərəbistanına səfər edib. 

Öncə islam inqilabının böyük rəhbərinin həcc və ziyarət üzrə nümayəndəsi Höccətül-islam Əli Qazi Əsgər İranın həccin dayanmamasına səy göstərdiyini bildirərək demişdi ki, Həmid Məhəmmədinin başçılıq etdiyi iranlı heyət səudiyyəli tərəflə bir neçə müzakirədə cari ilin həcc mərasimində iranlı zəvvarların iştirakı barədə yaxşı nəticələrə nail olub. 

Əli Qazi Əsgər cari ilin həcc mərasimində 86 mindən çox iranlı zəvvarın iştirak edəcəyinə toxunaraq deyib: Həcc razılaşması qətiləşib və İran ilə Səudiyyə Ərəbistanının müvafiq qurumları tərəfindən imzalanıb. 

Əli Qazi Əsgər deyib: İran cari ildə həcc mərasiminin yaxşı keçiriləcəyinə və iranlı zəvvarların arxayınlıqla həcc əməllərini , dini və ibadi vəzifələrini yerinə yetirəcəklərinə ümid edir. 

Səudiyyə Ərəbistanı 2016-cı ildə əsassız dəlillər gətirərək İran və Suriya daxil bəzi müsəlman ölkələrindən zəvvarların həcc mərasimində iştirakın mane oldu. 

Səudiyyə Ərəbistanı bu qadağanı elə bir şəraitdə tətbiq etdi ki, 2015-ci ilin həcc mərasimində Minada səudiyyə rəsmilərinin laqeydlikləri və səriştəsizliklərinə görə 464 iranlı da daxil minlərlə zəvvar canını itirdi.