Ayətullah Əraki: Terrorçuların hamiləri cəzalandırılmalıdır
-
Ayətullah Əraki: Terrorçuların hamiləri cəzalandırılmalıdır
İslam Məzhəblərini Yaxınlaşdırma Beynəlxalq Assambleyasının baş katibi beynəlxalq ictimaiyyətdən Suriyanın Hələb vilayətində terrorçuların himayəçiləri, o cümlədən təkfirçi və təhrikedici fitvalar verənləri cəzalandırmasını istəyib.
İRNA-nın məlumatına görə, İslam Məzhəblərini Yaxınlaşdırma Beynəlxalq Assambleyasının baş katibi Ayətullah Möhsün Əraki bir bəyanat verərək Suriyanın Hələb vilayətində terror aktını pisləyərək bildirib: Beynəlxalq və insan haqları təşkilatları cinayətkarlar və terrorçuları dəstəkləyənlərin cəzalandırılması qarşısında öz məsuliyyətlərini yerinə yetirməlidirlər.
İslam Məzhəblərini Yaxınlaşdırma Beynəlxalq Assambleyasının baş katibi əlavə edib: Bu namərd hücum ABŞ-ın və onun regiondakı əlaltılarının göstərişi ilə terror qruplaşmaları və sionist rejim arasında tam koordinasiya və məkrli planın davam etdiyini göstərir.
Şənbə günortadan sonra Hələbin Ər-Raşidin bölgəsində Fuə və Kəfərya sakinləri karvanı arasında bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində azı 120 nəfər həlak olub, 224 nəfər yaralanıb. Həlak olanların əksəriyyəti uşaq və qadınlardır.