İran xarici işlər naziri Aşqabadda Türkmənistan prezidenti ilə görüşüb
Üç Asiya və Qafqaz ölkəsinə səfəri çərçivəsində Aşqabadda səfərdə olan İran İslam Respublikası xarici işlər naziri səfər proqramının əvvəlində Türkmənistan prezidenti ilə görüşərək danışıqlar aparıb.
İRNA-nın məlumatına görə, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və regional məsələlərin araşdırılması İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun müzakirələrinin perspektivini təşkil edib.
Türkmənistan Nazirlər Kabineti sədrinin müavini və xarici işlər naziri Rəşid Muradovla görüşərək danışıqlar aparmaq da Zərifin bu ölkəyə bir günlük səfər proqramına daxildir.
İran xarici işlər naziri və onu müşayiət edən heyət Türkmənistan Sənayeçilər və İş Adamları Palatasında olacaq və iki ölkənin ticarət konfransının açılış mərasimində iştirak edəcək.
İran İslam Respublikası xarici işlər naziri bazar ertəsi günü yüksək səviyyəli siyasi və iqtisadi heyətin müşayiəti ilə Tehranı Türkmənistan paytaxtı Aşqabad istiqamətində tərk edib.
Zərif Mərkəzi Asiyaya səfərini Türkmənistandan başlayıb, sonra isə Gürcüstan və Qığrızıstana səfər edəcək.