Apr 18, 2017 11:43 Asia/Baku
  • İran və Gürcüstan XİN rəhbərləri qarşılıqlı əməkdaşlıqların genişləndirilməsini vurğulayıblar
    İran və Gürcüstan XİN rəhbərləri qarşılıqlı əməkdaşlıqların genişləndirilməsini vurğulayıblar

İran İslam Respublikası və Gürcüstanın xarici işlər nazirləri Tiflisdə görüşərək qarşılıqlı əməkdaşlıqların genişləndirilməsini vurğulayıblar.

İran və Gürcüstanın xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Mixail Canelidze bu gün səhər Tiflisdə görüşərək müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıqların ətraflı şəkildə genişləndirilməsi yollarını araşdırıblar. 

Canelidze iki ölkənin müxtəlif sahələrdəki əməkdaşlıqlarının genişləndirilməsini zəruri hesab edib. 

İran və Gürcüstan XİN başçıları həmçinin regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparıblar. 

İranın XİN rəhbəri Gürcüstanın prezidenti, baş naziri, parlament sədri və iqtisadiyyt naziri ilə də görüşəcək. 

Zərif Gürcüstan səfərini bitirdikdən sonra Qazaxıstana yola düşəcək. 

Teqlər