Tehranda II Beynəlxalq İranSəbz sərgisi işə başlayıb
https://azeri.sahartv.ir/news/İran-i266544-tehranda_ii_beynəlxalq_İransəbz_sərgisi_işə_başlayıb
Cümə günündən etibarən Tehranda II Beynəlxalq İranSəbz sərgisi işə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 21, 2017 12:31 Asia/Baku
  • Tehranda II Beynəlxalq İranSəbz sərgisi işə başlayıb
    Tehranda II Beynəlxalq İranSəbz sərgisi işə başlayıb

Cümə günündən etibarən Tehranda II Beynəlxalq İranSəbz sərgisi işə başlayıb.

İRNA-nın məlumatına görə, meyvə, göyərtilər, gül çələngləri və bitkilər kimi istehsal olunan məhsulların keyfiyyət və kəmiyyət baxımından yüksəldilməsi məqsədilə Almaniya, İtaliya, Fransa, Yaponiya və Hindistan kimi ölkələrdən 140 şirkətin iştirakı ilə II Beynəlxalq İranSəbz sərgisi işə başlayıb. 

Suvarma sistemləri, bağçılıqla əlaqədar avadanlıqlar və torpaq, gübrə, istixana təchizatları və bəzək bitkiləri ilə əlaqədar sənaye bu sərginin əsas hissəsini təşkil edir. 

İstixana və əlaqədar sənayedə aktiv olan şirkətlər də öz son nailiyyətlərini təqdim edirlər. 

Bu sərgi 23 aprelə qədər davam edəcək.