İranda seçki həyəcanı
İran prezidentliyinə 6 namizədin üçüncü tele-debatı 19 may seçkilərinə bir həftə qaldığı bir halda keçirildi və bu tele-debatda namizədlər seçki rəqabətində vətəndaşların etimadını qazanmağa çalışdılar.
Prezidentliyə namizəd İshaq Cahangiri müqavimət iqtisadiyyatının idarə olunması üzrə öz proqramlarını belə açıqlayıb: Ölkə iqtisadiyyatının gələcəyi üçün dəqiq proqram tənzimlənib. Qaçaqçılıqda əsas payı olan əsas 10 məhsul müəyyənləşib və onunla təcili mübarizə aparılır. Önəmli olan budur ki, ölkə işlərinin tarixi bir dövründə əsaslı həll yerinə şüar verməyə doğru hərəkət olunarsa, korrupsiya və qaçaqçılıq artacaqdır.
Prezidentliyə digər namizəd Seyid İbrahim Rəisi Sadat öz iqtisadi proqramını belə açıqlayıb: Mənim söylədiyim proqram ölkənin müxtəlif universitetlərində həyata keçirilən çoxlu işlərin məhsuludur və seçkilər səhnəsinə daxil olduğum gündən bir neçə aylıq deyil, universitetlərin uzun müddət ərzində topladığı rəylər və baxışlara əsasən tənzimlənmişdir.
Seyid Mustafa Haşimitəba da deyib: Fədakarlar, şəhidlər və sərhədçilərimiz tərəfindən müstəqilliyimizə zəmanət verilən ölkəmiz üçün təəssüfləndirici haldır ki, bu qədər məhsul qaçaq edilir. Dünyanın heç bir yerində bu dərk ediləsi deyildir ki, bəzi şəxslər rəsmi platformalar vasitəsi ilə qaçaqçılıqla ölkəyə məhsul gətirirlər.
12-ci prezident seçkilərinin digər namizədi və cənab Ruhani və cənab Cəhangirinin əsas rəqiblərindən Məhəmməd Baqir Qalibaf cənab Cahangirinin sözlərini tənqid edərək deyib: Cənab Cahangiri biz əgər 4%-lik məsələdən danışırıqsa, bu ona görədir ki, nə üçün məhsul qaçaqçılığı ilə mübarizə aparılmır. Mübarizənin ilk şərti önləyicilikdir. Çünki iqtisadiyyat əllərində olan hökumətin bəzi üzvləri və direktorları məhsul qaçaqçılığı ilə mübarizədə qətiyyətli deyillər, üstəlik külli miqdarda maaşlar və digər hallarda əlləri var.
Cahangirinin digər tənqidçisi Seyid Mustafa Mirsəlim də deyib: Cənab Cahangiri! Siz cənab Rəisinin nə üçün proqram təqdim etmədiyinə etiraz edirsiniz. Halbuki özünüz naməlum proqram təqdim edrisiniz. Öz proqramınızın nə olduğunu deyin. Məhsul qaçaqçılığı sadə məsələ deyildir. Düzgün olduğunu fərz edərsək, bunun ölkədə hansı ziyanları yaratdığını, gənclərimizin başına hansı bəlaları gətirdiyini və ölkənin hansı problemlərini həll edəcəyinizi söyləyin.
Hazırkı prezident Həsən Ruhani hazırda prezident namizədi olaraq rəqib kürsüsündə əyləşən birinci müavini cənab Cahangirini müdafiə istiqamətində deyib: Hazırda dünyada məhsul qaçaqçılığının mənası yoxdur. Deyilən qaçaqçılkıq, insan, silah və narkotik maddələr qaçaqçılığıdır. Biz ölkəmizdə sərbəst rəqabət şəraitini yaratmalıyıq, bunun üçün dövlət sektoru deyil, özəl sektora daha yaxşı şərait yaratmalıyıq. Təhlükəsizliyi himayə edən qruplar siyasi dəstəyə malikdirlər. Bəziləri azad rəqabətin yaranmasını istəmirlər. Halbuki sərbəst rəqabətlə biz yaxşı məhsullar istehsal edə və qaçaqçılığın kökünü kəsə bilərik. Sərhəd kəndlərini istehsalçı səviyyəsinə çatdırmalıyıq.
Amma digər tərəfdən vətəndaşlar bu 6 nəfərə gözlərini dikmişlər və onlar öz problemlərini belə bəyan edirlər.
İslamın ali təlimlərindən mənşə alan İran İslam Respublikası Konstitusiyası əsasən də rəhbərlik metodu və ülvi və insani idarə metodunu tövsiyə edir: İslamın baxışınca hökumət, bir kütlə, fərd və ya qrupun mövqeyindən mənşə almır. Siyasi amalın təcəssümü ziyalı və yekdil rəyi olan xalqdır. Bu xalq onu özü formalaşdırır ki, son hərəkət, Allah-taalaya doğru hərəkət istiqamətində öz inanc və ideya prosesində uğur qazanmış olsun.
Bu cəhəti nəzərə alaraq, konstitusiya bütün siyasi qərarvermə mərhələləri, bütün vətəndaşların taleyində müsbət təsiri olaraq iştiraka şərait yaradır. Belə ki, insan təkamülü istiqamətində hər bir fərd özü yaradıcı, inkişaf məsulu olsun. Bu da Yer üzərində zəiflərin hökumətinin reallaşması mənasındadır.
İslam İnqilabının Böyük Rəhbəri də xalqın və islam quruluşunun məqsədinin dəqiq və cəld təmsilçisi olaraq öz son çıxışında prezident namizədlərinə xəbərdarlıq edərək onların vətəndaşlara verdiyi vədlərə toxunublar: İqtisadiyyat və vətəndaşların məişəti sizin üçün önəmli olmalıdır, milli istiqlaliyyət və izzət vədlərinizdə özünü göstərməlidir, inanc, coğrafi və etnik boşluqları təhrik etməyin.
İnqilab Rəhbəri vətəndaşların məişətinin təmin edilməsini vurğulayıblar: Mən seçki namizədi olan bütün hörmətli şəxslərə tövsiyə edirəm və onlara deyirəm ki, vətəndaşlara deməli olduğunuz məsələni sizə bildirmişik. Onlara bildirirəm ki, öz vədlərində, öz açıqlamalarında, vətəndaşlara təqdim etdikləri proqramlarda 2-3 məsələyə mütləq diqqət yetirsinlər. Birincisi iqtisadi məsələlərdir. İqtisadiyyat məsələlərinə mütləq diqqət yetirsinlər və ölkə iqtisadiyyatı üçün mütləq səy göstərəcəklərini bildirsinlər. Bu önəmli məsələlərdən biridir. İlk növbədə vətəndaşların məişətinin onlar üçün əhəmiyyət kəsb etdiklərini desinlər.
Prezident seçkisi təbliğat-təşviqat kampaniyasının kənarında Şəhər və Kənd İslam Şuraları seçkilərinin namizədləri də çıxışları, ictimai şəbəkələrdə və küçə təbliğat-təşviqat kamaniyalarını artırıblar.
Seçkilərə hazırlaşmaq üçün 5 həyəcanlı gün qalıb və bu müddət ərzində xalq və ölkənin əsas məsələsi seçkilərdir. Bu məsələ xalqın taleyində yüksək əhəmiyyət kəsb edir.