İran Malayziyanı məğlub etdi
May 14, 2017 10:30 Asia/Baku
İranın U-23 qadınlardan ibarət yığma komandası U-23 Asiya Çempionatının ilk matçında Malayziyanı 3:0 hesabı ilə məğlub edib.
İranın Voleybol Federasiyasının məlumatına görə, İranın 23 yaşdan aşağı qadınlar üzrə yığma komandası bu matçda 25:21, 25:23 və 25:16 hesabı ilə qalib gəlib.
İranın voleybol yığması sabah Yeni Zelandiya yığması ilə qarşılaşacaq.
Qadınlar üzrə U-23 Asiya Çempionatı 13 ölkənin iştirakı ilə 13-21 mayda Tailandda keçirilməkdədir.
Bu çempionat eyni zamanda Sloveniyada keçiriləcək Dünya Çempionatının seçmə turu da hesab olunur və çempion və ikinci yeri tutan komandalar dünya çempionatına vəsiqə qazanacaqlar.