May 20, 2017 15:19 Asia/Baku
  • İnqilab Rəhbəri: Seçkilərin qalibi İran xalqı və İslam Respublikası quruluşudur

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei 19 may seçki münasibəti ilə verdiyi müraciətdə bildiriblər: Düşmənlərin səyi və məkrli planlarına rəğmən, seçkilərin qalibi İran xalqı və İslam Respublikası quruluşudur. Belə ki, bu böyük xalqın etimadını günbəgün artımla cəlb edə bilmişdir və hər bir dövrdə yeni parlayışı əks etdirir.

İslam İnqilabının Böyük Rəhbərinin ofisinin informasiya portalının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu müraciətdə əlavə ediblər: Hər bir yerdə və hər bir ictimai kütlədən vətəndaşların seçkilərdə geniş və aktiv iştirakı, səsvermə qutularına çatmaq üçün uzun sıralar təşkil etməsi islam demokratiyasının əsaslarının möhkəm olması və hərtərəfli bağlılığın nişanəsi idi. İran və iranlı əməl meydanının sınağından başıuca və üzüaçıq çıxdı.

İslam İnqilabının Böyük Rəhbəri İslami İranın bir daha bədxahlar, kinlilər və tamahkarları geri oturtduğunu bəyan edərək bildiriblər: Vətəndaşlar seçkilərdən sonra ictimai birlik və vəhdəti düşünməlidirlər. Bu, şübhəsiz milli iqtidar və möhkəmliyin önəmli amilidir. Hamı ölkənin böyük məqsədlərə doğru irəliləməsi üçün öz vəzifəsini tanımalı və yerinə yetirməlidir. 

Həzrət Ayətullahülüzma Xamenei həmçinin prezident və gələcək hökumətdə iştirak edəcək bütün şəxslərə bildiriblər ki, ölkənin problemlərinin aradan qaldırılması üçün mərdliklə, düşünülmüş və motivasiya ilə səy göstərsinlər, bir an düz yoldan qəflət etməsinlər, zəif kütlələri, kəndlər və yoxsul bölgələri nəzərdə tutaraq, prioritetləri nəzərə alaraq, korrupsiya və ictimai zərbələrlə mübarizəni öz proqramlarına salsınlar.

İslam İnqilabının Böyük Rəhbəri bu müraciətdə seçkilərdə iştirak edən hər bir seçici, təqlid mərcələri, alimlər, universitet ziyalıları, siyasətçilər, mədəniyyət və incəsənət xadimləri, prezidentliyə namizədlər, seçkilərin təşkilatçıları və nəzarətçiləri, seçkilərin təhlükəsizliyini mühafizə edənlər və milli mediaya təşəkkürünü bildiriblər.

Cümə günü İran və dünyanın 102 ölkəsində keçirilən 12-ci İran prezident seçkilərinin son nəticələrinə əsasən, Həsən Ruhani 23 milyondan çox səs toplayaraq bir daha İran prezidenti seçilib.

Teqlər