Beynəlxalq səviyyəli rəsmilərin H.Ruhaniyə təbrik müraciətləri
Rusiya və Azərbaycan Respublikasının prezidentləri, Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsi, bu birliyin xarici siyasət üzrə keçmiş məsul şəxsi və İtaliya senatının xarici siyasət komissiyasının sədri ayrı-ayrı müraciətlərdə Həsən Ruhanini yenidən İran prezidenti seçilməsi münasibətilə təbrik ediblər.
Dünən İranda və 102 ölkədə keçirilmiş İranın12-ci prezident seçkilərinin yekun nəticələrinə əsasən, bu seçkilərin namizədi Həsən Ruhani 23 milyondan çox səs toplayaraq, bir daha İran prezidenti olubdur.
Rusiya prezidenti Vladimir Putin bu gün İranın seçilmiş prezidenti Həsən Ruhaniyə müraciətdə onun 19 may seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib və belə vurğualyıb: Moskva İran-Rusiya həmkarlıqlarının genişləndirilməsi, eləcə də beynəlxalq iş gündəmi üçün geniş səylər göstərməyə hazırdır.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də Həsən Ruhanini yenidən İran prezidenti seçilməsi münasibətilə təbrik edərək, bildirib: Rəsmi Bakı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlərə böyük önəm verir və strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş iki ölkə əlaqələrinin mövcud vəziyyəti qənaətbəxşdir.
Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini də Həsən Ruhaninin İran prezident seçkilərində qalib gəlməsini təbrik edərək, bildirib ki, bu birlik nüvə anlaşması çərçivəsində İranla anlaşmanı davam etdirməyə hazırdır.
Avropa İttifaqının xarici siyasət üzrə keçmiş məsul şəxsi Xavyer Sollana və İtaliya senatının xarici siyasət komissiyasının sədri Pyer Ferdinando Kazini də Həsən Ruhanini yenidən İran prezidenti seçilməsi münasibətilə təbrik ediblər.