Ruhani: İran seçkilərinin real qalibi, xalqdır
12-ci prezident seçkilərində İran xalqının seçdiyi prezident 19 may seçkilərinin real qalibini İran xalqı adlandırıb.
Seçkilərdə qalib gələrək, bir daha İran prezidenti olmuş Həsən Ruhani bu gün bir televiziya çıxışında deyib: İran xalqının seçki məntəqələrindəki tarixi iştirakı bu seçkilərdə kimə səs verməsindən asılı olmayaraq, sürpriz oldu və İran xalqının mənə bir daha etimad göstərməsi səbəb oldu ki, öz çiynimdə ağır bir məsuliyyət hiss etmiş olam.
12-ci prezident seçkilərində İran xalqının seçdiyi prezident həmçinin İslam İnqilabının Böyük Rəhbərinə təşəkkür edərək, belə qeyd edib: Dahiyanə surətdə seçkilərin təlatümlə dolu dalğalarını dinclik sahilinə, eləcə də seçki rəqabətləri şövqü və həyəcanını sonda xalqın izzəti, istiqlaliyyəti və qüdrəti qutusuna doğru istiqamətləndirmiş İslam İnqilabının Müdrik Rəhbərinə Salam Olsun!
Ruhani ümidvarlıq edib ki, İran xalqının tələblərinin nümayəndəliyi üçün layiqli bir vəkil olacaq.
12-ci prezident seçkilərində İran xalqının seçdiyi prezident bildirib ki, İran hər zamandakından daha başıuca şəkildə öz milli maraqları və qarşılıqlı hörmət əsasında dünya ilə əlaqələri genişləndirməyə hazırdır. O, söyləyib: İran seçkiləri onun qonşularına və regiona elan etdi ki, bu regionda təhlükəsizliyin təmini yolu, xarici qüdrətlərə deyil, xalqın səslərinə hörmətə və demokratiyanın gücləndirilməsinə söykənibdir.
İranda və dünyanın 102 ölkəsində keçirilmiş 12-ci prezident seçkilərinin yekun nəticələrinin elan olunmasına əsasən, bu seçkilərə namizəd Həsən Ruhani 23 milyondan çox səslə bir daha İranın prezidenti oldu.