İyun 07, 2017 09:28 Asia/Baku
  • İran, Azərbaycan və Gürcüstan əməkdaşlıq protokolu imzaladı
    İran, Azərbaycan və Gürcüstan əməkdaşlıq protokolu imzaladı

İran İslam Respublikası, Azərbaycan Respublikası və Gürcüstan dəmir yol şirkətlərinin rəhbərləri Tiflisdə baş tutan görüşdə əməkdaşlıq protokolu imzalayıblar.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətiin məlumatına görə, dəmir yol rəhbərləri bu görüşdə Fars Körfəzi regionu və Hindistandan Azərbaycan və Gürcüstandan keçməklə Avropaya yüklərin nəql olunması, İran və Azərbaycanın limanlarından istifadə olunması, dəmir yolları, vaqonlar və nəqliyyat rüsumlarının standartlaşdırılması haqda danışıqlar aparıblar. 

Hazırda Hindistan və Fars körfəzindən Avropaya yük nəqli 30-40 gün ərzində dəniz vasitəsi ilə həyata keçir. İran, Azərbaycan və Gürcüstan yolundan istifadə olunduğu halda Avropaya yük nəqlinin zamanı azalacaq. 

Teqlər