İyun 09, 2017 11:32 Asia/Baku
  • İran DİN-in Tehran terror hücumlarında həbs olunanlar barədə məlumatı
    İran DİN-in Tehran terror hücumlarında həbs olunanlar barədə məlumatı

İran İslam Respublikasının Daxili İşlər Nazirliyi bir məlumat yayaraq, bildiribdir ki, Tehrandakı son terror hücumları ilə bağlı həbs olunanlar İranın Təhlükəsizlik Nazirliyinin ixtiyarındadırlar.

İran İslam Respublikasının Daxili İşlər Nazirliyi Tehrandakı son terror hücumları ilə bağlı yaydığı məlumatda belə qeyd edibdir: İranın təhlükəsizlik və hüquq-mühafizə qüvvələri bu hadisələrin baş verdiyi Həzrət İmam Xomeyni(r.ə)-in hərəmində və  İran İslam Şurası Məclisində bir neçə nəfərdən şübhələnib və onları həbs edibdir ki, bu şəxslər daha artıq təhqiqatın aparılması üçün İranın Təhlükəsizlik Nazirliyinin ixtiyarına veriliblər. 

Bu məlumata əsasən, hələ həbs olunmuş şəxslərin Tehrandakı son terror hücumları ilə əlaqəli olmaları müəyyənləşməyibdir.

Bu məlumatın davamında deyilir: İranın müalicə və məhkəmə mərkəzlərindən əldə olunmuş son məlumatlara əsasən, indiyə kimi adi əhali, idarə işçiləri və mühafizə qüvvələri daxil olmaqla on yeddi nəfər şəhid edilib, 52 nəfər də yaralanıbdır.

İran İslam Respublikasının Daxili İşlər Nazirliyi sonda bütün medialardan istəyibdir ki, öz xəbərlərini sırf olaraq, elan edilmiş mötəbər mərkəzlərdən, yəni İran İslam Respublikasının Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Nazirliyindən alsınlar və qeyri-məsulcasına, bəzən qeyri-düzgün və şübhə yaradan gümanlara söykənən xəbərlər yaymaqdan çəkinsinlər.

Çərşənbə günü İran İslam Şurası Məclisinin idarə binasında və İran İslam Respublikası banisinin hərəmində törədilmiş iki terror hücumunda 17 nəfər şəhid olub, 46 nəfər də yaralanıbdır. Bu hadisələr sonda təhlükəsizlik qüvvələrinin müdaxiləsilə başa çatıbdır.

Teqlər